Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:21

İşadamı Abdulla Abdullayev bəraət istədi


Abdulla Abdullayev
Abdulla Abdullayev

►"Görünür, sahibkarların sahibkarlarına çatdırıblar ki..."

"AMAY" Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin, 13 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşmaq üzrədir.

Növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Abdulla Abdullayevin özünün, həmçinin vəkili Osman Kazımovun vəsatətləri müzakirə olundu.

İşadamı vəsatətində yazıb ki, ona qarşı qərəzin nəticəsi olaraq, bu gün sifarişlə həbsdədir. O, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Buna da bax: Neft daşlarında yanğın

BORC KİMİNDİR?

Vəkilin vəsatəti isə Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsinin məhkəmədə dindirilməsi haqda idi:

"İş üzrə zərərçəkmişdilər, amma məhkəməyə gəlmirlər. Gəlsinlər, görək ki, Abdulla Abdullayevin Fonda borcu var, yoxsa Fondun ona. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən belə başa düşdüm ki, onların Abdulla Abdullayevə 69 min manat borcu var. Birinci instansiya məhkəməsində Fondun nümayəndəsi bir dəfə gəldi, dedi ki, "bizim Abdulla Abdullayevlə müqaviləmiz olmayıb, biz "Birlikbank"la müqavilə bağlamışdıq”. Görünür, onun dediklərini "sahibkarların sahibkarlarına" çatdırdılar, ondan sonra məhkəməyə də gəlmədilər..."

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, "AMAY" işi üzrə məhkum olunub, 9 il şərti cəza almış Elşən Novruzovun vəkili Adilə Məmmədova da Fondun nümayəndəsinin dindirilməsini istədi:

"Bakı Ağır Cinayətlər Məhkəməsində gəlib dedi ki, "mən indi bu sualları cavablandırmağa hazır deyiləm". O gedən getdi... Mütləq yenidən çağrılıb dindirilməlidir".

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etmədi. Qeyd olundu ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul olunub.

Buna da bax: OPEC neft hasilatını artırdı, qiymət düşdü

“NƏİNKİ CİNAYƏT, HEÇ MÜLKİ MƏSULİYYƏTİ YOXDUR”

Daha sonra vəkil Adilə Məmmədova müdafiə çıxışında bildirdi ki, əslində, bu cinayət işinin heç bir əsası yoxdur:

"Bu, Abdulla Abdullayevin üzərində qurulmuş işdir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə çoxsaylı ziddiyyətlər var. Belə bir hökmlə adamları məhkum etmək olmaz. Elşən Novruzovun nəinki cinayət, heç mülki məsuliyyəti də yoxdur. Xahiş edirəm, onun barəsində bəraət hökmü çıxarılsın".

Məhkəmə prosesi dekabrın 11-də davam edəcək.

Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. 2015-ci il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmə əsasən, dələduzluq, mənimsəmə kimi ittihamlarla 13 il azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.

XS
SM
MD
LG