Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:03

Sürücülər Ağsu aşırımında ilişib qalır


Ağsu aşırımı
Ağsu aşırımı

"’Pereval’dan dua edə-edə keçib Şamaxıya çatmışam. Yol təhlükəlidir. Əməllicə çökmə hiss olunur".

AzadlıqRadiosu-nun "Qaynar xətt"inə zəng vuran dinləyici Akif Muradov deyir, oktyabrın 19-da günorta saatlarında Şamaxıya getmək üçün Ağsu aşırımını keçəndə yoldakı çatlardan qorxuya düşüb. O, təhlükəli aşırımda əmələ gələn çatın dərinləşəcəyindən və sürücülərə problemlər yaradacağından narahatdır.

“ÇATLAR TƏHLÜKƏLİ DEYİL”

Akif Muradov deyir, günaşırı bu yoldan keçib paytaxta gəlir və geri qayıdır.

Buna da bax: 'Yol polisinin danişmaq qadağasından sonrakı vəziyyət' [karikatura]

Ağsu rayon icra hakimiyyətindən AzadlıqRadiosu-na bildirilib ki, aşırımda bir neçə yerdə çatlar əmələ gəlib. "Azəravtoyol" məsələdən xəbərdardır və tədbir görülür. Qurumdan deyilənə görə, çatlar təhlükəli deyil:

"Davamlı yağıntılardan sonra yolun bir neçə hissəsi kiçik miqyaslı sürüşməyə məruz qalıb, çatlar əmələ gəlib. Təhlükəli deyil və aradan qaldırılır. Aidiyyəti qurumlar məlumatlandırılıb".

YENƏ AĞIR TONNAJLI AVTOMOBİLLƏR

Qurumdan bildirilib ki, sürüşmə aşırımın yamacında baş verib.

Buna da bax: Ovaladakı körpü dağılıb, bir neçə kəndlə əlaqə çətinləşib

Qurum təmsilçilərinin deməsinə görə, aşırımdakı sürüşmə iki il əvvəl sürüşməyə məruz qaldığı nöqtələrdə baş verib.

Ağsu aşırımının 14 kilometrlik yolu 2016-cı ilin mayında təmirə bağlanmış, bir neçə ay sonra asfaltlanmış və genişləndirilmiş şəkildə sürücülərin istismarına verilmişdi.

Ağır tonnajlı avtomobillərin aşırımdakı yoldan keçməsinə qadağa qoyulsa da, qurumdan bildirilib ki, çox vaxt belə avtomobillər yoldan qanunsuz istifadə edir. Çökmənin yaranma səbəblərindən biri də budur.

XS
SM
MD
LG