Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:26

Arif Hacılı: “Təşkilatçı Müsavat deyil”


Arif Hacılı
Arif Hacılı

►Müsavat başqanı “Bandotdel”dən xəbərdarlıq alıb

Yanvarın 13-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunan Müsavat başqanı Arif Hacılı qurumdan çıxandan sonra AzadlıqRadiosuna müsahibə verib:

– Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Seyfulla Əzimovla söhbətimizin əsas mövzusu son günlər bölgələrdə keçirilən etiraz aksiyaları ilə bağlı oldu. Mənə bildirildi ki, bu aksiyaların təşkilində Müsavat partiyası iştirak edir. Mən də bildirdim k, Müsavat partiyası qanunvericiliyə uyğun fəaliyyət göstərir, hər hansı aksiya keçirərsə, bununla bağlı rəsmi müraciət edir. Bütövlükdə, məni ora dəvət etməkdə məqsəd son günlərdə keçirilən aksiyalarla bağlı partiya başqanı kimi mənə xəbərdarlıq etmək idi.

– Müsavat Partiyasının bu aksiyalar təşkil etməkdə rolu nə ilə sübut olunur?

– Mənə bildirdilər ki, onlarda belə bir məlumat var. Üstəlik, Müsavat Partiyasının üzvləri də bu aksiyalarda iştirak edirlər. Müsavat Partiyası ölkədə strukturlaşmış nüfuzlu partiyadı və respublika ərazisində hər hansı narazılıq yarananda yerli əhalinin bizim strukturlara müraciət etməsi təbiidir. Ancaq son günlər keçirilən aksiyaların təşkilatçısı Müsavat deyil.

Buna da bax: Bala Bəhmənli kəndində gərginlik - Video

– Arif bəy, necə bilirsiz, bu aksiyaların təşkilatçısı varmı?

– Ölkədə ümumi narazılıq mövcuddur. İnsanlar birdən-birə ağır sosial vəziyyətlə üz-üzə qalıb. 2 milyon 532 min ölkə vətəndaşı kredit borcunu ödəyə bilmir. Manatın devalvasiyası bu adamları çox çıxılmaz duruma salıb. Aztəminatlı ailələr özlərini fəlakət içində hiss edir. Belə bir şəraitdə narazılıqların baş qaldırmaması təəccüblü olardı. İndi müxtəlif regionlarda iqtisadi böhrandan çıxış yolları ilə bağlı tələblər irəli sürməsi, öz etiraz aksiyalarını təşkil etməsi təbii haldır.

– Sizcə, aksiyalar niyə rayonlarda başlayıb, şəhərlərdə, məsələn, Bakıda yox?

– Görünür, Bakıda əhalinin sosial vəziyyəti regionlara nisbətən daha dözümlüdür. Ölkə hələ bütövlükdə böhrana daxil olur, böhran hələ qabaqdadır. Böhranın nəticələri şəhər əhalisinə təsir edəndən sonra belə aksiyaları Bakıda da görəcəyik.

XS
SM
MD
LG