Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:36

Ali Məhkəmə Tramp və tərəfdarlarının vəsatətlərini rədd edib


ABŞ Ali Məhkəməsi
ABŞ Ali Məhkəməsi

ABŞ Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın və onun müttəfiqlərinin seçki nəticələrini ləğv etdirmək üçün göstərdikləri daha bir cəhdi rədd edib.

Məhkəmə hakimləri yanvarın 11-də qəbul etdikləri qərarla prezident seçilmiş Co Baydenin qalib olduğu Arizona, Corciya, Miçiqan, Pensilvaniya və Viskonsində seçkiyə dair verilmiş şikayətlərə baxmaqdan imtina ediblər.

Ali Məhkəmə habelə demokratların Texasda verdikləri vəsatəti qəbul etməyib.

Onlar Texas ştatında poçtla səsvermənin təşkilinə icazə istəyirdilər.

Adətən olduğu kimi məhkəmə çıxardığı qərar barədə izahat verməyib.

Analitiklər Ali Məhkəmənin belə bir qərarını gözləyirdilər, çünki məhkəmə Konqres yanvarın 6-da Co Baydenin qələbəsini rəsmiləşdirmədən bu məsələyə baxa bilməzdi.

Ölkə boyunca onlarla məhkəmələr Tramp tərəfdarlarının seçki nəticələrindən şikayətlərini rədd edib.

Ali Məhkəmə ötən ay Texasın respublikaçı baş prokurorunun vəsatətini rədd etmişdi.

Baş prokuror dörd ştatda seçki nəticələrinin ləğv edilməsini istəmişdi.

XS
SM
MD
LG