Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:36

Qazaxıstan yeni təhsil sisteminə keçir


Qazaxıstan beş günlük tədrisə keçir
Qazaxıstan beş günlük tədrisə keçir

-

Qazaxıstanda birinci sinifər yeni tədris ilindən beşgünlük tədrisə keçəcəklər. Yeni sistemdə qazax, rus və ingilis dilləri eyni vaxtda öyrədiləcək.

Bu, təhsil və elmin inkişafı dövlət proqramı ilə bağlı atılan addımlardan yalnız biridir. Təhsil və elmin inkişafı dövlət proqramına 2016-cı ildə azı 3 milyard vəsait ayrılıb.

"İNSAN DAHA ÇOX OXUMALI, TEZ BAŞLAYIB, GEC BİTİRMƏLİDİR"

Bu fikirlər Qazaxıstanın təhsil və elm naziri Erlan Saqadievə aiddir. Nazir deyir ki, insanlar öz funksional biliklərini bacardıqları qədər inkişaf etdirməlidir:

“Bu proqram çörək deyil - onu nə kəsmək, nə ixtisar etmək olar. Bu, ciddi elmdir. Uşaq onu mənimsəməlidir. Ümumi təhsil proqramı ona görə ixtisar edilir ki, şagirdlərə funksional biliklər verən modelə keçilsin”.

Erlan Saqadiev əlavə edib ki, Qazaxıstan təhsilin yalnız bilik vermə formasından geri çəkilməlidir, bu formada adam “sadəcə çoxlu məlumat xatırlayır”.

MİNLƏRLƏ ŞƏXS TƏHSİL PROSESİNİN UZANMASINA QARŞIDIR

Ancaq yeni qaydaların bəzisi bir çox üazaxıstanlının ürəyincə deyil. 5 günlük təhsil sistemini sosial şəbəkələrdə əksəriyyət dəstəkləyirsə, tədris ilinin uzadılması bir o qədər tənqidlə qarşılanır.

Təshil müddətinin uzadılmasına qarşı yaradılan elektron petisiyanı 10 min çox şəxs imzalayıb.

Alma-Ata İctimai Şuranın üzvü Arujan Sain düşünür ki, yeniliyi eşidən, nə baş verdiyini anlamayan insanlar narahat olaraq, müzakirələrə başlaması normaldır:

"Bu proqram hazırlanarkən ictimaiyyətə təqdim olunub, televiziya, radio və çap mediasında müzakirə edilib. Proqramın üzərində işləyənlər yeni medotun mahiyyətini izah ediblər”.

TƏKCƏ MALİYYƏ YOX, İNSAN RESURSLARI DA VACİBDİR

İctimai fəal Marqulan Seysembaev sosial şəbəkələrdə sorğu keçirib. İnternet istifadəçilərin sual edib ki, məktəblərdə nə artıqdır?

Sorğuya azı min istifadəçi qatılıb. Çoxluq lazimsız biliklərin verilməsi və müəllimlərin peşəkar olmadıqlarını qeyd edib. Bəziləri bir sinifdə çox sayda şagirdin olmasını da keyfiyyətli təhsilə əngəl görüblər.

“Ednovation” təşkilatının rəhbəri Marqulan Seysembaevin fikrincə, təhsildə təkcə maliyyə yox, insan resursları da vacibdir.

“Təhsil harda, kim, nə və necə suallarına cavab verməlidir”.

NAZİRLİK HƏLƏKİ "SUSUR"

İctimai tənqidlərdən sonra Təhsil və Elm Nazirliyi susmağa və tərəflərin dediklərini dinləməyə üstünlük verib. Hələ ki, ünvanlarına səslənən tənqidlərə və qaldırılan təşəbbüsləri münasibət bildirilməyib.

70 mindən çox ibtidai sinif müəllimi bu ildən tədrisi yeni metodika ilə aparacaq. Onlar təlim kurslarına da qatılıblar. Proqrama görə qarşıdakı tədris ilində yeni metod 5, 8 və 9-cu siniflərdə gerçəkləşsin.

XS
SM
MD
LG