Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:59

Almaniya naziri: ‘Vaxt Rusiyanın əleyhinə işləyir’


Robert Habek
Robert Habek

Vitse-kansler təəssüflə bildirib ki, Avropa hələ də Rusiyanın enerji təchizatından tam imtina edə bilmir

“Rusiya iqtisadiyyatı dağılır və vaxt Rusiyanın və onun prezidenti Vladimir Putinin əleyhinə işləyir”.

Bunu iyunun 2-də Almaniyanın vitse-kansleri Robert Habek deyib.

Eyni gündə yayılan xəbərlərə görə Rusiya rəsmiləri daha beş Rusiya generalının vəzifələrindən uzaqlaşdırıldığını bildiriblər.

Rusiya təxminən 100 gün bundan əvvəl Ukraynaya müdaxilə edəndən bəri yalnız ölkənin şərqindəki Donbas regionunda böyük itkilər hesabına kiçik əraziləri zəbt edib.

Habek deyib ki, Rusiya tarixən yüksək enerji qiymətlərinin hesabına uğur qazana bilib və bu mənada onun Avropada satdığı enerjidən gələn vəsait Moskvanın hərb maşınını maliyyələşdirib.

Vitse-kansler təəssüflə bildirib ki, Avropa hələ də Rusiyanın enerji təchizatından tam imtina edə bilmir:

"Biz utanmalıyıq ki, bu asılılığı indiyədək əhəmiyyətli dərəcədə azalda bilməmişik”.

Lakin həm də Almaniyanın iqtisadiyyat naziri olan Habek əlavə edib ki, Putin enerjidən qazandığı pulları sanksiyalara görə istədiyi kimi xərcləyə bilmir:

"Vaxt Rusiyanın xeyrinə işləmir. Vaxt Rusiyanın əleyhinə, Rusiya iqtisadiyyatının əleyhinə işləyir. Artıq heç kəs Rusiyaya investisiya qoymaq istəmir”.

XS
SM
MD
LG