Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:03

Qarabağdan sonra Almaniyada da dron mübahisələri qızışır


İsrail istehsalı Hermes-900 dronu 10 dekabr Bakı paradında
İsrail istehsalı Hermes-900 dronu 10 dekabr Bakı paradında

Almaniya Silahlı Qüvvələri – Budesverin baş inspektoru hesab edir ki, pilotsuz təyyarələrdən, onlardan Qarabağ müharibəsində istifadə olunub deyə imtina edilə bilməz.

Bundan əvvəl hökumətdəki sosial-demokratlar dronların alınması üçün sifarişi bloklamışdılar.

Deutsche Welle radiosunun yazdığına görə Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Eberhard Tsorn deyib ki, ölkə ordusunun döyüş dronları ilə silahlandırılması məsələsində Sosial-Demokrat Partiyasının narahatlığını bölüşmür.

Yanvarın 3-də Welt am Sonntag qəzetinə verdiyi müsahibədə Tsorn deyib:

"Mənim fikrimcə pilotsuz təyyarələrə olan hərbi ehtiyac dəyişməz olaraq qalır. Belə aparatlar əsgərlərin havadan qorunmasının yaxşılaşdırılması üçün və bəzi yerlərdə əməliyyat potensialınagörə zəruridir”.

2020-ci ilin dekabrında Almaniyanın hakim koalisiyasına daxil SDP yeni döyüş dronlarının alınmasına dair sifarişi bloklamışdı.

Məqalədə deyilir ki, SDP üzvlərini buna sövq edən dronlardan Azərbaycan və Ermənistan arasında gedən Qarabağ müharibəsində istifadə olunması idi.

ASDP parlament fraksiyasının sədr müavini Qabriela Haynrix demişdi ki, həmin müharibədə “tarixdə ilk dəfə olaraq münaqişənin taleyini müstəsna şəkildə dronlar həll edib”.

Qarabağdakı kimi istifadə olunmayacaq

Lakin Eberhard Tsorn əmindir ki, dronlardan Qarabağ müharibəsində istifadə olunması bu aparatlardan Almaniya ordusu üçün də alınması zərurətini şübhə yaratmamalıdır.

"Dağlıq Qarabağda dronlardan hücum silahı kimi istifadə olunub. Budesverin dronlardan istifadəsi bundan əvvəl parlamentimizin təsdiq etdiyi dəqiq qaydalarla və mandatla tənzimlənəcək”.

O əlavə edib ki, Almaniya dronlardan Qarabağda olduğu kimi istifadə etməyəcək.

Son zamanlar Almaniya Müdafiə Nazirliyi sosial-demokratların təşəbbüsü ilə dronlarla silahlanma məsələsini bir neçə dəfə müzakirəyə çıxarıb.

Sosial-demokratların dron alınmasını bloklamasına Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer də sərt reaksiya verib.

Dekabrın 9-da hərbi büdcənin parlament müzakirəai zamanı nazir “bu məsələ müzakirə olunmalıdır” arqumentini rədd edib.

O deyib ki, “biz bu məsələni artıq 8 ildir ki, müzakirə edirik.

XS
SM
MD
LG