Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:02

Müsəlman aləmi sanki cadulanmış dairədədir


Altay Göyüşov
Altay Göyüşov

►Beləcə, müsəlman aləmi sanki cadulanmış dairədə qalmaqla, Avropa bir yana, hətta sekulyar liberal-demokratiya yolunu tutan Yaponiya, Cənubi Koreya kimi ölkələrdən də geriyə düşməkdədir

Altay Göyüşov

SİYASİ İSLAM VƏ MÜSƏLMAN DÜNYASI

İstanbulda baş verən terror hadisəsi bir daha bizi bu dəhşətli faciənin köklərini düşnüməyə vadar edir. Niyə baş verir bunlar?

Kimdir bu günahsız adamları kütləvi şəkildə qətlə yetirməklə, cənnətə düşəcəyinə inanan fanatiklər? Məqsədləri nədir?

Müsəlman xalqlarının nümayəndələrinin əksəriyyəti bunu İslamla əlaqələndirmək istəmir, çünki ibadət edib-etməməyindən, dini biliklərinin səviyyəsindən asılı olmayaraq, İslama emosional bağlılıqları var və bu cür vəhşiliklə assosiasiya edilmələrinə biganə qala bilmirlər.

Məsələnin məğzi budur ki...

...Həmin o terrorçular, əksinə, özlərini daha düzgün müsəlman sayırlar. Çünki əksəriyyətdən fərqli olaraq, gündəlik həyatlarında İslamı hərfi mənada dinin ibtidai dövründəki qaydalarına uyğun yaşadıqlarını iddia edir və belə həyat tərzini yaymaq istəyirlər. Bu, siyasi İslamın ən radikal təzahürüdür. (ardı aşağıda)

İstanbulda terror (Fotolar)

Siyasi İslam cərəyanlarının bir çox ortaq və fərqləndirici özəllikləri var. Ortaq özəllik odur ki, hamısı bu dünyada ədalətin bərpası üçün peyğəmbər dövrü İslamının, ən azı, ideallarını, bəziləri isə hətta idarəçiliyini və həyat tərzini qaytarmaq uğrunda fəaliyyət göstərdiklərini deyirlər.

Bunlar arasında fərqli cəhətlərsə odur ki, əvvəla, peyğəmbər dövrü İslamı barədə ümumi təsəvvürləri yoxdur, şəriətlər müxtəlifdir, bir çox hallarda hətta düşmənçilik səviyyəsində ziddiyyətlidir. İkincisi, “İslam həyat tərzinin qaytarılmasının” necə təsəvvür olunması, üstəgəl, buna nail olmağın yolları məsələsində fərqlilik siyasi islamçıların müxtəlifliyinə, bəzilərinin mötədil, bəzilərininsə radikal kimi qiymətləndirilməsinə səbəb olur.

“İslam dirçəlişi”nin tarixçəsi...

Haqqında danışılan ümumi cəhətin - “İslam dirçəlişi” ideyasının tarixçəsi müsəlman dünyasının 300-350 il əvvəl başlamış tənəzzülü, Avropanınsa coğrafi kəşflər, İntibah, Reformasiya, Maarifçilik dövrlərindən etibarən sürətli inkişafı və birincinin sonuncunun ekspansiyası qarşısında duruş gətirə bilməməsi ilə əlaqədardır.

____________________________________________________________

Bunlara da bax:
'Ayaqsız' dilənçi ifşa olundu- [Video]
Zaqatalada uşaq ölümü – günah öləndədir?

____________________________________________________________

Bu toqquşma müsəlman dünyasına geridə qaldığını nümayiş etdirib və dirçəliş ideyalarını stimullaşdırıb. Bir vaxtlar dünyannın önündə gedən müsəlmanların, indi Qərbin önə çıxmasına, onun ərazilərini ələ keçirməsinə, müstəmləkəyə çevriməsinə obyektiv səbəblərdən emosional etirazı yaranıb.

Ancaq bu emosiya nəticənin səbəb kimi qiymətləndirilməsinə də yol açıb. Qərbin ekspansiyası müsəlman dünyasının artıq baş vermiş tənəzzülünün labüd nəticəsi olsa da, “xristian dünyası” bütün bəlaların baiskarı sayılıb.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Əlavə maneə

Onsuz da təhlil təbii şəkildə dini doqmaya əsaslanaraq çərçivələnir, indi isə bu emosiyalar ucbatından rasional dəyərləndirməyə əlavə maneə yaranır. Belə şəraitdə hətta savad, bilik və dünyəvi təhsil də öz funksiyasını gerçəkləşdirməyə çətinlik çəkir. Təsadüfi deyil ki, sosioloji araşdırmalar fanatiklər içərisində alitəhsillilərin heç də az olmadığını üzə çıxarır.

Emosiya İslam dünyasının zəifliyini, Qərbinsə elmi, iqtisadi, siyasi inkişafının səbəbini düzgün qiymətləndirməyə imkan vermir. Qərbin inkişafı, hərfi mənada, xristian dünyasının inkişafı kimi təqdim olunur. Halbuki, bu, yeni, güclənmiş Qərb, İslamın uzun əsrlər boyu təmasda olduğu papa Avropası deyil. 1799-cu ildə Misirə gələn, Fransa inqilabı ilə kilsəyə üsyana qalxan sekulyar və dünyəvi yeni Avropa idi.

Qərb dini ənənələri gücləndirməklə deyil, dini siyasətdən uzaqlaşdıraraq, dünyəviləşərək, dini mühafizəkarlığın təsirini zəiflədərək, texnoloji baxımdan modernləşərək, parlamentarizmi, iqtisadi, siyasi, fərdi azadlıqları genişləndirərək irəliləmişdi. (ardı aşağıda)

İŞİD yaraqlılarının keçmiş arvadları

İŞİD yaraqlılarının keçmiş arvadları
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

İnkişaf üçün geriyə baxmaq?

Amma emosional dəyətləndirmələr nəticəsində müsəlman dirçəliş hərəkatlarının əksəriyyətinin silahlandığı ideologiyalar inkişaf üçün irəliyə deyil, geriyə baxıb. Beləcə, yeni dirçəliş ideologiyaları əsaslandırmağa çalışaraq, çöküşün səbəblərini gerçək İslamdan uzaqlaşmaqda görüblər. Onların fikrincə, əski əzəmətə qayıtmağın yolu da məhz əski İslamın bərpasından keçir.

Postmüstəmləkə dövründə Qərbdə fərdi azadlıq sərhədlərinin genişlənməsi emosional qarşıdurmanıı daha da dərinləşdirib və “mənəviyyatsızlaşmış” Qərbdən özünü qorumaq diskursu mühafizəkarlaşma meyllərini bir az da sərtləşdirib.

Həmin dövrdə müsəlman ölkələrində avtoritar idarəçilik, İslam dünyasının ümumi geriliyi, istər öz ölkələrində, istərsə dünyada rastlaşdıqları problemlər, iri dövlətlər arasında gedən ideoloji və geosiyasi mübarizələr, liberal-demokratik düzənin genişlənməsinə əngəllər də bu sentimentin artmasına ciddi “töhfə” verib.

Yəhudi və xristianlıqdakı radikal qruplar...

Fundamentalizm təkcə İslama xas özəllik deyil. Xristianlıq və Yəhudi dinində də belə cərəyanlar var. Sadəcə, yəhudi və xristianlıqdakı bu qruplar, adətən, cəmiyyətlərində aparıcı siyası qüvvəyə çevrilə bilməyiblər. Halbuki İslam dünyasında, istisnalar xaric, Şəriətin bu və yaxud digər dərəcədə tətbiqi tərəfdarı olan siyasi İslam formaları, nəinki marginal deyil, əksinə, ərəb ölkələrindən tutmuş, İrana, Türkiyəyədək hər yerdə ya hakimiyyətdədir, ya da aparıcı müxalifət düşüncələrindən biridir.

Siyasi İslam cərəyanlarının əksəriyyəti 21-ci əsrdə də tərəqqisini, xoşbəxtliyini keçmiş dini qaydaların bərpasında axtarır – o qaydalar haqqında ortaq fikrə gəlməsələr də. Bu, təkcə İslam dünyası ilə inkişaf etmiş Qərb arasında deyil, fərqli dini baxışlar zəminində müsəlmanların öz içində də münasibətləri kəskinləşdirməkdədir.

Tilsimli dairə

Beləcə, müsəlman aləmi sanki cadulanmış dairədə qalmaqla, Avropa bir yana, hətta sekulyar liberal-demokratiya yolunu tutan Yaponiya, Cənubi Koreya kimi ölkələrdən də geriyə düşməkdədir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Buna da bax: Maşınsatan: Diz çöküb yalvardıq, mağazamızı sığortalamadılar

XS
SM
MD
LG