Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:25

Fazil Mustafa: 'Gözləyək, görək nə qərar verəcəklər' [yenilənib]


Fazil Mustafa
Fazil Mustafa

Hüquq müdafiəçisi: “Düşünmürəm ki, hesabatda fərqli mənzərə, fərqli yanaşma sərgilənsin. Təəssüf ki, müsbət mövqe nümayişi üçün əsas da yoxdur. Nə siyasi məhbus məsələsində irəliləyiş var, nə də Avropa Məhkəməsinin qərarlarının icrasında. Yeni həbslər keçirilir, onlara qarşı az ağır ittihamlar irəli sürülür”.

Deputat: “Bunu demək üçün ortada fakt, sənəd olmalıdır. Yalnız ehtimalla danışmaq doğru deyil”

Buna da bax:​ Taleh Bağırov AŞPA məruzəçiləri ilə görüşmək istəyir

Məruzəçilərin hazırlayacağı hesabatdan gözləntilər

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Stefan SchennachCezar-Florin Preda iyunun 12-də Bakıda görüşlərə başlayıblar.

Stefan Schennach
Stefan Schennach

Onlar ölkədə demokratik təsisatların durumu ilə bağlı hesabat hazırlamaq üçün Azərbaycandadırlar. Səfər çərçivəsində prezident İlham Əliyevlə görüşəcəklər. Eləcə də bir sıra rəsmilərlə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri, müxalifət təmsilçiləri, keçmiş siyasi məhbuslarla da görüşləri nəzərdə tutulub.

Görüşdə öhdəliklər müzakirə edilib

Hüquq müdafiəçisi Rəsul Cəfərov məruzəçilərin hazırlayacağı hesabatın tənqidi olacağını düşünür. Buna səbəbsə dediyinə görə, ölkədə “müsbət dəyişikliyin” olmamasıdır.

Buna da bax: 'Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar'

Cezar-Florin Preda
Cezar-Florin Preda

Məruzəçilərlə iyunun 14-də görüşəcək hüquq müdafiəçisi demokratik təsisatların fəaliyyətindəki “ciddi çətinliklər” barədə danışacağını söyləyir: “İstər QHT-lər olsun, istər siyasi partiyalar və ya başqa təsisatlar olsun, bu gün onların heç birinin normal fəaliyyətini müşahidə etmirik”.

Amma artıq iyunun 12-də məruzəçilərlə görüşmüş deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa hesab edir ki, bəri başdan hesabatla bağlı proqnoz vermək doğru olmazdı. O məruzəçilərlə Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin necə yerinə yetirilib-yetirilmədiyini müzakirə olunduğunu bildirir.

Fazil Mustafa: "Bəri başdan hesabatla bağlı proqnoz vermək doğru olmazdı"
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
Direct-ə keçid

“Açığı, hesabatın necə olacağını proqnozlaşdırmaq da çətindir. Gözləyək, görək nə qərar verəcəklər. Görüşdə biz suallarımızı verdik, arqumentlərimizi gətirdik. Məsələn, mən alternativ xidmət haqda danışdım. Müharibə şəraitində olan ölkənin alternativ xidmətə keçməsinin mümkünsüz olduğunu dilə gətirdik. Yəni bu öhdəliklər hərfi mənada başa düşülməməlidir, mahiyyəti başa düşməliyik”, – Fazil Mustafa söyləyir.

Buna da bax:​ Oqtay Əsədov: 'AŞPA cəza orqanı kimi çıxış edir'

“Hesabatda gerçəkliklər əksini tapacaq”

Rəsul Cəfərov: "Hesabat Rumıniyadan olan Cezar Florin Predanın mövqeyi fərqli olduğuna görə yubanır"
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00
Direct-ə keçid

Rəsul Cəfərovsa təxminən bir ildən çoxdur hesabatın yubandığını deyir və bununla bağlı mülahizələrini bölüşür: “Rəsmi şəkildə deyilmir. Ancaq biz əminik və bilirik ki, hesabat məruzəçilərdən biri - Rumıniyadan olan Cezar Florin Predanın mövqeyi fərqli olduğuna görə yubanır. Əslində, onun mövqeyi fərqli deyil, məncə, bu, prosesi durdurmağa yönəlmiş qərəzli addımdır. O, həm də AŞPA-da Monitorinq Komitəsinin rəhbəridir. Biz bilmirik “kürü diplomatiyası”nın nəticəsidir və ya ortada başqa səbəblər var, amma görünən odur ki, bu hesabatın hazırlanması həddən artıq yubanıb. Ümid edirik ki, oktyabrda, ən geci 2018-ci ilin yanvar sessiyasında hesabat hazır olacaq”.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Rəsul Cəfərov əmindir ki, hesabatda gerçəkliklər əksini tapacaq: “Düşünmürəm ki, hesabatda fərqli mənzərə, fərqli yanaşma nümayiş etdirilsin. Təəssüf ki, müsbət mövqe nümayişi üçün əsas da yoxdur. Nə siyasi məhbus məsələsində irəliləyiş var, nə də Avropa Məhkəməsinin qərarlarının icrasında. Yeni həbslər keçirilir, onlara qarşı az ağır ittihamlar irəli sürülür. Yəni ortada hər hansı müsbət nəticə yoxdur ki, məruzəçilərdən birinin diktəsiylə hesabatda problemlər yer almasın. Sadəcə, problemlərin hesabatda əksini tapmasını istəməyən hakimiyyət prosesi yubadır. Ancaq yenə deyirəm, Azərbaycanda demokratik təsisatlarla bağlı vəziyyət elədir ki, fərqli hesabat ortaya çıxarsa, dərhal hər iki məruzəçinin üzərində məsuliyyət yaradacaq. Üstəlik də nəzərə alsaq ki, Avropa Şurasında korrupsiya ilə bağlı araşdırmalar aparan yeni qurum yaradılıb. Bu halda hesabatın reallığı əks etdirməyəcəyini düşünmürəm”.

Buna da bax:​ AŞPA: 'Mediaya basqılar dayandırılsın'

Deputat Fazil Mustafa isə hesabatın yubadılması haqda “Bu bəlli deyil” deyir və əlavə edir:

“Bunu demək üçün ortada fakt, sənəd olmalıdır. Yalnız ehtimalla danışmaq doğru deyil”.

Arzu Abdullayeva: ‘Stefan Schennacha etibar etmək olar’

İyunun 12-də AŞPA Məruzəçiləri deputatlarla yanaşı siyasi partiyalarla, vətəndaş cəmiyyətinin fəalları, hüquq müdafiəçiləri ilə də görüşüblər. Görüşə qatılanlardan biri də hüquq müdafiəçisi Arzu Abdullayevadır. Onun sözlərinə görə, məruzəçilər daha çox siyasi məhbuslarla, siyasi məhbus siyahılarıyla maraqlanıblar.

Arzu Abdullayeva
Arzu Abdullayeva

“Səid Dadaşbəylinin aqibətiylə maraqlandılar, Taleh Bağırzadə barəsində suallar verdilər. Məruzəçilər bizimlə söhbətdə Azərbaycanda islam faktoru olmadığını, daha çox dünyəvi dövlət təsiri bağışladığını dedilər. Əlbəttə, son həbslər barəsində, Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsindən də danışdıq. Biz demokratik Gürcüstanın atdığı addımdan, azərbaycanlı fəalın saxlanılmasına şərait yaratmasından məyus olduğumuzu çatdırdıq”, - Arzu Abdullayeva qeyd edir.

Buna da bax:​ "Bu görüşlərə qatılmaq vaxt itkisidir"

O məruzəçilərin həmçinin QHT-lər haqda qanuna dəyişiklikdən sonra vətəndaş cəmiyyətinə vəziyyəti, vətəndaş cəmiyyəti fəallarının fəaliyyəti barəsində də söhbət aparıldığını söyləyir.

Arzu Abdullayeva görüş barədə təəssüratını da bölüşür: “Onların problemlərə maraq göstərməsinə mənim şübhəm yoxdur. Cənab Stefan Schennach Dağlıq Qarabağ məsələsində Azərbaycana yardım edir. Avropa Şurasında Sərsəng su anbarı ilə bağlı məsələ qaldırıb. Ona etibar etmək olar. Bir dövr məndə belə təəssürat yaranmışdı ki, Azərbaycanın problemlərinə maraq çox azdır. Ancaq bu dəfə vəziyyətlə daha yaxından maraqlandıqlarını gördüm. Bəlkə subyektiv fikirdir, amma mən belə düşünürəm”.

Hüquq müdafiəçisi bu cür səylərin bəhrə verəcəyinə inanır: “Hər bir səy həmişə fayda gətirə bilər. Bu səylər düzgün təşkil olunubsa, istək varsa fayda gətirə bilər. Az və ya çox olmasına baxmayaraq. Yarım addımın atılması belə işdir”.

Buna da bax:​ Həmməruzəçilər Azərbaycana dair hesabatı yubadır?

Hazırda məruzəçilər vətəndaş cəmiyyətinin fəalları ilə görüşdədirlər. AzadlıqRadiosu görüşlə bağlı onların da fikirlərini çatdıracaq.

Xatırlatma

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkə AŞPA-nın monitorinqi altındadır. Bu quruma üzv olarkən Azərbaycan insan hüquqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bir sıra digər məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb.

Avropa Sabitlik Təşəbbüsü (ingiliscə qısa adı ESI) insan haqları təşkilatının dekabrda yaydığı araşdırmaya görə, AŞPA-nın bəzi üzvləri Azərbaycan üçün siyasi lobbiçilik edib. Bəzilərinin Azərbaycandan pul aldığı iddia olunur.

Buna da bax: TI: 'AŞPA-da Azərbaycan deputatlarının davranışı araşdırılsın'

Avropa Şurasının baş katibi Thorbjorn Jagland martda AŞPA prezidenti Pedro Agramunt-a məktub yazaraq, onu yubanmadan müstəqil təhqiqat başlatmağa çağırıb.

AŞPA-nın avropalı parlamentariləri, eləcə də Avropadakı bəzi vətəndaş cəmiyyəti qrupları da belə bir araşdırma tələb edir, əks halda, AŞPA-nın bütövlüyünə təhlükə yarandığını deyirdilər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti isə, bir qayda olaraq, bəzi avropalı deputatların pulla əla alınması iddialarında onların adlarının çəkilməsini qəbul etmirlər.

XS
SM
MD
LG