Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:28

'Ləzgi məscidi'nin bağlanması haqda- [Rəsmi açıqlama]


Aşurbəy məscidi
Aşurbəy məscidi

-

“İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi onun ərazisidə yerləşən “Aşur” məscidinin (adına Ləzgi məscidi də deyilir) bağlanmasına münasibət bildirib.

İdarəinin yaydığı açıqlamada bildirilir ki, “Aşur” məscidi UNESCO-nun Dünya İrs Siyahısına saldığı abudələr sırasındadır:

“"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, artıq bir neçə ildir ki, Nazrlər Kabinetinin qərarıyla ölkə əhəmiyyətli abidələr siyaşısına daxil edilmiş “Aşur” məscidində bərpa işləri planlaşdırıb”.

İdarə qey deilir ki, 2013-cü ildən bəri dəfələrlə məscidin boşaldılması barədə müraciət olunsa da abidədən qanunsuz istifadə davam etdirilib.

Buna da bax: 'Aşurbəy' məscidində təmiri dindarlar 'bağlama bəhanəsi' sayırlar

“Bundan irəli gələrək idarə təxirəsalınmaz xilasedici bərpa-restavrasiya işlərinin başlanması üçün abidəni boşaltıdırb və bir neçə gündən sonra burada işlərə başlanacaq”-açıqlamada vurğulanır.

“Aşur məscidi”ni 1169-cu ildə Nəcəf Аşur İbrаhim оğlu inşа еdib. ХIХ əsrin sоnu – ХХ əsrin əvvəllində Dаğıstаn fəhlələri Bаkıya neft sənayesində işləməyə gələndə “İçərişəhər” sаkinlərinin оnlаrа ibadət etməkdən ötrü məhz bu məscidi həvаlə еtdikləri bildirilir. Bu da məscidin xalq etimalogiyasında “ləzgi məscidi” adını almasına səbəb olub.

Məscid uzun müddət səsləfi təriqətinə mənsub şəxslərin namaz qıldıqları məkan olub. İcmasının təmsilçisi Faiq Mustafanın bildirməsinə görə, Səbail Rayon Polis İdarəsinin tələbindən sonra, bu il iyuln 26-da məscidi boşaltmaq məcburiyyətində qalıblar. Faiq Mustafa məscidin təmirə görə, bağlanmasına şübhə ilə yanaşır.O, ehtiyatlanır ki, məscid təmir edilsə belə, sonar onlara qaytarılmaya bilər.Faiq Müstafanın deməsinə görə, məscidin daxilində təmirə ehtiyac yoxdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komutəsi və Qafqaz müsəlmanları İdarəsi, hələlik, məsələyə münasibət bildirməyiblər.

Bakıdakı “Şəhidlər” məscidi də 2008-ci ildə təmir adı ilə bağlanıb. Bu yaxınlarda həmin məscidə imam və axundlar təyin edilsə də, orada kütlüvi ibadətə icazə verilmir.

Buna da bax: 2 il qabaq Qafqaz Müsəlmanları idarəsi Ləzgi məscidinin qapadılmasını təklif etmişdi

'Dini sabitlik istəyirik"
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

XS
SM
MD
LG