Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:26

"Təəssüf ki, Azərbaycan xalqına kömək edə bilmədik"


Prezident İlham Əliyev səs verir (Arxiv)
Prezident İlham Əliyev səs verir (Arxiv)

►"Amma ATƏT Parlament Assambleyası da seçkiləri izləyir və bildiyimə görə onlar hələ müşahidəçiliklə bağlı qərar verməyiblər"

ATƏT-in Azərbaycanda parlament seçkilərini izləməkdən imtina etmiş Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) sözçüsü Thomas Rymer-in AzadlıqRadiosuna müsahibəsi:

- Cənab Rymer, Azərbaycanda seçkini izləyən yerli QHT – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Təşkilatı da bəyan etdi ki, sədri həbsdə olduğu, o cümlədən təşkilatın özünə ola biləcək təzyiqləri əsas gətirib seçkiyə müşahidəçi göndərməyəcək.

Bu halda ATƏT seçkidən məlumatsız qalacaq, yoxsa başqa alternativ planlar var?

- Bütövlükdə ATƏT daxilində gedən müzakirələr haqda xəbərim yoxdur. Amma bilirsiz ki, ATƏT Parlament Assambleyası da seçkiləri izləyir və bildiyimə görə onlar hələ müşahidəçiliklə bağlı qərar verməyiblər.

Azərbaycan 1992-ci ildə ATƏT -ə (o vaxtkı ATƏM) üzv olub. Bu qurum müstəqil Azərbaycanın ilk üzv olduğu Avropa təşkilatıdır. Ölkə 1998-ci ildən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə əməkdaşlığa başlayıb.

Bizim mandatımız çərçivəsində müşahidəyə gəlincə, onu deyə bilərəm ki, Azərbaycan hökuməti müşahidəçilərin sayı ilə bağlı məhdudiyyət qoyduğu üçün biz missiyanı yerinə yetirə bilməyəcəyik.

Rəsmi səviyyədə biz heç bir informasiya toplamayacağıq. Mandatımız daxilində biz Azərbaycan dövlətindən dəvətnamə aldıq, daha sonra seçki sistemini təkmilləşdirmək üçün səmərəli format və ölçü barəsində qərar verdik. İndiki halda lazım bildiyimiz format və ölçünü Azərbaycan hökuməti ilə razılaşdıra bilmədiyimiz üçün qərara gəldik ki, ümumiyyətlə ölkəyə missiya göndərməyək.

Buna da bax: YAP seçki siyahısını açıqladı (Adlar)

ARTIQ GECDİR...

- Seçkiləri izləməsəniz belə, bundan sonra noyabr seçkiləri ilə bağlı hansısa hesabat və ya sənəd hazırlayıb yaymaq kimi planınız varmı?

- Biz yalnız professional və hərtərəfli şəkildə izləyə bildiyimiz seçkilər haqqında hesabatlar hazırlayırıq. Ölkə daxilində müşahidə missiyası yoxdursa, hesabat üçün də kifayət qədər informasiya yoxdur və hansısa sənəd hazırlamaq da real deyil.

- Azərbaycanda bəzi müşahidəçilər hökuməti qərarını dəyişməyə və təşkilatınızı ölkəyə çağırmağa dəvət edir. Sizcə, noyabr seçkiləri üçün əməkdaşlıq hələ də mümkündürmü?

- Məncə, bu seçki üçün əməkdaşlıq çətin ki, mümkün olar. Çünki söhbət vaxtdan gedir. Bizim missiyamız uzunmüddətli olur- hesab edirəm ki, bundan sonra bütün prosesi izləmək mümkün olmayacaq.

Biz Azərbaycan hökuməti ilə müzakirələr apararaq, onlara izah etməyə çalışdıq ki, onların təklif etdiyi format hansı məhdudiyyətlər yaradır, biz ən son həddə qədər gözlədik. Yekun cavabı keçən cümə axşamı aldıq və cümə günü artıq biz də öz bəyanatımızı yaydıq. Biz çalışdıq ki, son günə qədər gözləyək...

Buna da bax: Bakının girəcəyində "ağ çadır, qara çadır" söhbəti

"AZƏRBAYCAN XALQINA YARDIM EDƏ BİLMƏDİK"

- Əhatəli müşahidə aparmaq üçün DTİHB -ə nə qədər müşahidəçi lazım idi ki?

- Bu rəqəm ölkənin böyüklüyündən, seçici sayından və digər amillərdən asılı olaraq dəyişir. İndiki halda təəssüf ki, Azərbaycan üçün yetərli qədər müşahidəçi yerləşdirmək mümkün olmadı.

- İndiyə qədər DTİHB-in təcrübəsində heç bənzər hal olubmu?

- Məhz müşahidəçilərin sayı səbəbindən missiyanın təxirə salınması olmayıb. Amma başqa səbəblərdən bir neçə dəfə DTİHB –in missiyası təxirə salınıb. Amma bu halları Azərbaycanın halı ilə müqayisə etmək yersiz olardı. Əsas məsələ budur ki, Azərbaycanın ATƏT qarşısında üzv ölkə kimi öhdəliyi var idi və missiyanın yerləşdirilməsi baş vermədi. Təəssüf ki, biz seçkinin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün Azərbaycana və Azərbaycan xalqına yardım edə bilmədik.

- Azərbaycanda hökumətin tənqidçiləri deyirlər ki, DTİHB –in iştirakı üçün şərait yaradılmamasına səbəb gələcəkdə baş verəcək seçki pozuntularının üstünün açılmaması idi. Bu haqda siz nə deyə bilərsiniz?

- Mən deyə bilmərəm ki, Azərbaycan hökumətinin motivi nədir. Bu sualı yaxşı olar ki, hökumətə verəsiniz. Yalnız təəssüflə qeyd edə bilərəm ki, biz bu il seçki müşahidə missiyasını təxirə salmalı olduq.

VƏ SONDA...

2013-cü il prezident seçkilərindən sonra 125 dairədən 121-də müşahidə aparmış DTİHB rəsmiləri dairələrin 58 faizində seçkinin pis və ya çox pis keçirildiyini bəyan etmişdilər.

XS
SM
MD
LG