Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:42

UEFA Türkiyə haqda da iş açdı


Arxiv fotosu: Şotlandlar "Qarabağ"a 29 iyul 2015
Arxiv fotosu: Şotlandlar "Qarabağ"a 29 iyul 2015

Avropa Çempionatından xəbər lenti:​

Strachan rusların evə dönməsini istəyir
Şotlandiya yığmasının baş məşqçisi Gordon Strachan ümid edir ki, Rusiya qrup mərhələsinin son oyununda lazımi nəticəni qazana bilməyəcək və Fransadan ayrılacaq.

59 yaşlı mütəxəssis arzusunu o dəlillə əsaslandırıb ki, rusiyalı azarkeşlər AÇ-2016-da müntəzəm yaşanan dava-dalaşın iştirakçısıdır. Daily Record Strachan-ın aşağıdakı açıqlamasına yer verib:

“Rusiya qrup turnirinin gedişində özünü turnirin ən zəif iştirakçılarından biri kimi göstərdi. Rusların AÇ-də mübarizəni dayandırması hamının marağındadır. Onların tezliklə Moskva reysinə əyləşməsi yaxşı olardı. Bu komanda əvvəlki oyunlarda heç nə göstərmədi, amma əvəzində azarkeşləri daim qaydaları pozmaq və zorakılıq ilə yadda qaldı. Ədalət naminə deyim ki, Rusiya yığmasının hamı kimi özünü sakit aparan azarkeşlərini də görmüşəm. Uelsin Rusiyanın bu turnirdə çıxışına son qoyacağına ümid edirəm”.

Türkiyə ilə oyunda yara almış Xorvat Vedran Corluka meydanı tərk edərkən
Türkiyə ilə oyunda yara almış Xorvat Vedran Corluka meydanı tərk edərkən

UEFA Türkiyə haqda da iş açdı
UEFA Türkiyə Futbol Federasiyası haqda intizam işi açıb. Buna İspaniya ilə iyunun 17-də keçirilən oyunda Türkiyə yığmasının azarkeşlərinin pirotexniki vasitələrdən yararlanması, meydana yad əşyalar atması və qazona qaçması səbəb olub.

Xatırladaq ki, Xorvatiya ilə ilk oyunda da türk azarkeşlər nümunəvi davranışla seçilməmişdi.

Arxiv fotosu: Ukrayna - Şimali İrlandiya oyunundan görüntü, 16 iyun 2016
Arxiv fotosu: Ukrayna - Şimali İrlandiya oyunundan görüntü, 16 iyun 2016

İrlandiyada peşəkar futbolçuların sayı 40-a çatmır
İrlandiya yığmasının baş məşqçisi Martin O'Neill məşqçilər korpusunun çətin şərtlər altında çalışdığını deyib. Onun uefa.com saytına dediyinə görə, ölkədə peşəkar futbolçular çatışmır ki, bu da oyunçu seçimində çətinlik yaradır:

"İrlandiyada peşəkar futbolçuların sayı 40-dan da azdır. Yığma üzvlərini məhz onların arasından seçməliyəm. Odur ki, yığmada baş məşqçi içi heç də həmişə cəlbedici deyil”.

İspaniya-Türkiyə oyunundan görüntü, 17 iyun 2016
İspaniya-Türkiyə oyunundan görüntü, 17 iyun 2016

İspaniya yığması 689 dəqiqədi top buraxmır
İspaniya yığması Avropa çempionatında müəyyənləşdirdiyi rekordu bir daha yeniləyib – bu komanda artıq 689 dəqiqədir top buraxmır.

Sonuncu dəfə ispanların qapısına yol tapan futbolçu AÇ-2008-in qrup turnirinin ilk oyununda fərqlənən italyan Antonio Di Natale olub. Həmin vaxtdan bəri İspaniya 7 oyunda qol buraxmayıb. Bu oyunlardan beşində qapını Iker Casillas, ikisində isə David de Gea qoruyub.

Yeri gəlmişkən, vitse-kapitan Sergio Ramos Türkiyə ilə oyundan sonra İspaniya yığmasında keçirdiyi oyun sayına görə 2-ci yerə yüksəlib. Milli formada 134-cü oyuna çıxan 30 yaşlı müdafiəsi artıq yığma karyerasını bitirən Xavini (133 oyun) arxada qoyub. İndi o yalnız Iker Casillas-dan (167 oyun) geri qalır.

XS
SM
MD
LG