Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:12

Aİ rəsmiləri Donald Trampın Ağ evə gözlənilən qayıdışına hazırlaşırlar


ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Brüssel sammitinin ikinci günündə mətbuat konfransında çıxış edərkən. 2018
ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Brüssel sammitinin ikinci günündə mətbuat konfransında çıxış edərkən. 2018

Avropa İttifaqı (Aİ) Donald Trampın Ağ evə qayıdışı ilə transatlantik ticarətdə gərginliyin və 27 üzv ölkələrinin Ukraynaya siyasi və maliyyə dəstək yükünün arta biləcəyinə hazırlaşır.

AzadlıqRadiosunun Avropa məsələləri üzrə müxbiri Rikard Yozvyakın yazdığına görə, Tramp ilk prezidentlik dönəmində rəsmi Brüssellə deyil, Macarıstan baş naziri Viktor Orban kimi regional müttəfiqlərlə dil tapmağa üstünlük verib.

ABŞ-da prezident seçkilərinin sonucları Aİ rəsmilərinin heç də hamısını sevindirmir. Trampla bağlı münasibətlərdə təcrübə sahibi olan Aİ bəlli anlamda respublikaçı namizədin apardığı siyasətə yaxınlaşıb – özəlliklə sərt miqrasiya siyasətində və ticarətdə proteksionist meyllərdə.

Aİ Çinə qarşı daha sərt mövqe sərgiləsə…

Bəzi avropalı diplomatların fikrincə, Aİ Çinə qarşı daha sərt mövqe tutsa, bu, transatlantik əlaqələrin yaxşı başlanğıcına bir təkan ola bilər. Təbii ki, Aİ ölkələrinin ixracyönlü iqtisadiyyatları belə mövqenin yol aça biləcəyi mümkün ticarət itkiləri kompensasiya etsələr.

Trampın ilk prezidentlik dövründə - 2018-ci ildə tərk edəcəyi ilə hədələdiyi NATO-da əhval-ruhiyyə bir az daha az vahiməli görünür.

Tramp NATO nizamnaməsinin 5-ci maddəsinə - qarşılıqlı müdafiə öhdəliyi bəndinə skeptik yanaşsa da, rəsmilərin bir çoxu onun Aİ-yə daha çox diqqət ayıracağına inanır. Üstəlik, alyans üzvlərinin böyük bölümü hazırda ÜDM-in tələb olunan 2 faizini müdafiəyə xərcləyir və bunu məmnuniyyətlə Trampın keçmiş basqısına bağlayırlar. Nikbin düşərgənin fikrincə, NATO-nun yeni baş katibi Mark Rutte ABŞ prezidentinin fikrini dinləyən azsaylı avropalılardan biridir.

Makron: Avropa öz müdafiəsində üzərinə daha çox cavabdehlik götürməlidir
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Burada iki məqam diqqət çəkir

Birincisi, Trampın ətrafında indi daha çox tanınmayan şəxslər var. 2016-cı ildə seçilərkən onun administrasiyasında Avropa rəsmiləri ilə dil tapa biləcək Reks Tillerson, Ceyms Mettis Con Bolton vardı. Bu dəfə avropalılar daha çəkingən görünürlər. Məsələn, Trampın vitse-prezident təyin etmək istədiyi Vans daha çox ölkəiçi məsələlərlə məşğul olmağın tərəfdarıdır.

İkincisi, Şərqlə Qərb arasında apaçıq bölünmə var. Trampın prezidentlik perspektivlərini nikbin qiymətləndirməyən Qərbi Avropa rəsmiləri eyni anda ümid və həyəcan hissi də keçirirlər. Onlar Trampın siyasətinin sövdələşməyönlü olmasından daha rahat görünür və onun gözlənilməz addımlarının Pekin, Moskva və Tehranla münasibətlərdə yaxşı nəticə verəcəyini düşünürlər.

Vaşinqtonun son administrasiyaları get-gedə daha çox Sakit okeana üz tutduqca, ABŞ və Avropa bir-birindən uzaqlaşır. Yaranan boşluğun gələcəkdə daha da genişlənəcəyi güman edilir.

XS
SM
MD
LG