Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:37

Budapeşt Ukraynaya yardımı bloklayarsa, Aİ ona zərbə vura bilər


Macarıstanın baş naziri Viktor Orban (solda) Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə danışır.
Macarıstanın baş naziri Viktor Orban (solda) Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə danışır.

Budapeşt Avropa İttifaqının (Aİ)1 fevral fövqəladə sammitində Ukraynaya 50 milyard avroluq yardımını bloklayarsa, blok Macarıstan iqtisadiyyatına zərbə vura bilər. Bu barədə "The Financial Times" Aİ-nin hazırladığı sənədə istinadla yazır.

"Brüssel Macarıstan iqtisadiyyatının zəif yerlərini hədəfə alacaq strategiya hazırlayıb, onun valyutasını, iş yerləri və iqtisadi artıma ziyan vurmaq üçün investorların inamını sarsıda bilər", - məqalədə deyilir.

Zəif nöqtələr

FT qeyd edir ki, Macarıstan iqtisadiyyatının zəif nöqtələri arasında inflyasiyanın yüksəkliyi, valyutanın zəifliyi qeyd olunur. Budapeşt Kiyevə yardıma vetonu qaldırmasa, bu plana əl atıla bilər.

Macarıstanın baş naziri Viktor Orban geri çəkilməsə, Aİ-nin digər liderləri "bazarları qorxutmaq üçün" açıq şəkildə Macarıstana maliyyə ayrılmasını tam dayandırdıqlarını elan etməlidirlər. Sənəddə deyilir ki, Aİ-nin maliyyəsi olmasa, maliyyə bazarlarının, Avropa və beynəlxalq şirkətlərin bu ölkəyə investisiya qoymağa marağı azalar.

Aİ-nin üç diplomatı anonimlik şərtilə qəzetə deyiblər ki, blokun bir çox üzvləri təklif olunan planı dəstəkləyiblər.

Budapeşt də Brüsselə təklif göndərib

Macarıstan hökumətinin Aİ məsələləri üzrə naziri Yanoş Boka deyib ki, Aİ tərəfdən mümkün maliyyə təhdidi barədə Budapeştdə məlumat yoxdur, amma ölkəsi təzyiq altında geri çəkilməyəcək. Onun sözlərinə görə, Budapeşt Brüsselə yeni təklif göndərib, ilkin olaraq Aİ büdcəsindən Ukraynaya yardım ayrılmasına razılaşıb, bir şərtlə ki, Macarıstana gələcəkdə qərarını dəyişmək imkanı verilsin.

Bundan öncə "Politico" yazırdı ki, Budapeşt Kiyevə yardım məsələsinə hər il yenidən baxmaq şərtilə vetonu qaldırmağa razılaşıb.

Aİ-nin dekabr sammitində V.Orban Aİ büdcəsindən Kiyevə dörd il (2024-2027) ərzində 50 milyard avro maliyyə yardım ayrılmasını bloklayıb. Artıq təsdiqlənmiş büdcəyə dəyişiklik olunmalıdır ki, buna da Aİ-nin üzvlərinin hamısı razılıq verməlidir. Aİ liderləri fevralın 1-də bu məsələnin müzakirəsinə qayıdacaqlar.

XS
SM
MD
LG