Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:39

Avropa qalan məhbusları da azad etməyə çağırır


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Michael Georg Link
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Michael Georg Link

Avropa İttifaqının vəzifəli rəsmiləri Xədicə İsmayılova, İlqar Məmmədov və İntiqam Əliyev də daxil əfvə düşməyən şəxslərin azad edilməsinə çağırıblar

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Michael Georg Link Azərbaycanda insan haqları müdafiəçilərinin və jurnalistlərin həbsxanadan azad edilməsini salamlayıb, lakin “siyasi motivlərlə məhbus edildikləri düşünülən qalan şəxslərin” də azad olunmasına çağırıb.

Cənab Link prezident İlham Əliyevdən “İntiqam Əliyev, Xədicə İsmayılova və İlqar Məmmədov da daxil hazırda həbsxana cəzası çəkən və ya barələrində məhdudlaşdırıcı qərarlar verilmiş şəxslərin işlərinə yenidən baxılmasını” istəyib.

Avropa Parlamentinin vise-prezidenti Alexander Graf Lambsdorff
Avropa Parlamentinin vise-prezidenti Alexander Graf Lambsdorff

İnsan haqları təşkilatları Azərbaycanda siyasi səbəblərlə həbs edilimiş 80-dək məhbusun hələ də həbsxanalarda olduğunu bildirirlər.

Bu arada Avropa Parlamentinin vise-prezidenti Alexander Graf Lambsdorff “müxalifət sityasətçilərinin azad edilməsini Azərbaycan hökumətinin ifadə və sərbəst toplaşma kimi təməl insan haqlarına ehtiram edilməsində və Avropa İttifaqı ilə münasibətlərin bərpasında maraqlı olduğunun işarəsidir”, lakin qalan məhbuslar da azad olunmalıdır.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Agramunt isə deyib ki, o hələ də həbsxanalarda qalan şəxslərin azad edilməsi istiqamətində Azərbaycan hakimiyyəti ilə işini davam etdirəcək.

Human Rights Watch insan haqları təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Gogia AFP agentliyinə bildirib ki, hələlik çox sayda məhbus həbsxanalarda qalır və Azərbaycan hakimiyyəti Xədicə İsmayılova, İlqar Məmmədov və İntiqam Əliyev də daxil bu şəxslərin hamısını azad etməlidir.

XS
SM
MD
LG