Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:37
Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamentində Azərbaycanda insan haqları müzakirə edilir

Avropa Parlamenti avqustun 31-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirə keçirir. Müzakirənin gedişini dəqiqəbədəqiqə burada işıqlandırırıq. Yeni məlumatlar bloqun əvvəlində görünür. Lentin sonunda əvvəlki xəbərlər üçün "DAVAMI" düyməsini vurun.

Avropa Parlamenti avqustun 31-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirə keçirir. Müzakirənin gedişini dəqiqəbədəqiqə burada işıqlandırırıq.
Yeni məlumatlar bloqun əvvəlində görünür. Bloq-a daha əvvəl qoyulmuş xəbərləri də oxumaq üçün aşağıda "DAVAMI" düyməsini vurun.

Müzakirəni BURADA ƏTRAFLI BURADA DİNLƏYİN

17:22 31.8.2016

Müzakirəni burada canlı yayımda dinləmək olar. Videonun aşağısında rus dili də seçmək mümkündür.

17:22 31.8.2016

Peters deyir ki, görülən tədbirlər korrupsiyaya təsir etmir. Ona görə yeni yanaşma lazımdır.

Korrupsiya birbaşa insan haqları pozuntusuna gətirir. O sual verir ki, korrupsiya insan haqları pozuntusudurmu? O deyir ki, bunları birləşdirən hüquqi əsaslar lazımdır. Çünki korrupsiyanı indiki qanunvercilik insan haqları pozuntusu saymır. Yalnız deyilir ki, korrupsiyanın nəticəsi insan haqları pozuntusudur.

17:37 31.8.2016

Söz Anton du Plessisə verilir. O, Afrika Tədqiqatları Təhlükəsizliyi institutunun direktorudur. O deyir ki, vaxtilə prokuror işləyib. Nelson Maddelanı görəndən sonra insan haqları ilə bağlı hüquqşünas kimi işləməyə başlayıb. Afrikanın çox ölkəsində ədalət pozulur. Ancaq Afrikada biz gələcyə ümidlə baxırıq. Afrikada korrupsiya biznesin aparılmağı yoludur. Ancaq korrupsiya Afrikaya ən böyük təhlükələrdən biridir. Ona görə cinayət qanunvericiliyini, yanaşmanı dəyişməliyik. Cənubi Afrikada korrupsiya ilə mübarizəni Konstitusiya məhkəməsi dəstəkləyib. Qərarda deyilir ki, korrupsiya ölkənin konstusiyasını laxladır. Hindistanda da konstitusiya məhkəməsi eyni yanaşmanı nümayiş edirir.

O şikayətlənir ki, bəzən auditoriya qarşısında çıxış edəndə o mat qalır ki, nə qədər adam korrupsiyanın təhlükəsini yaxşı anlamır.

17:51 31.8.2016

Söz Scype-la Manfredo Marroquin Bojorquezə verilir. O, Transparency İnternational -ın Qvatemala bölməsindəndir. O , Qvatemalada cəzasızlıqdan danışır. Hətta 10 il qabaq BMT Qvatemalada insan haqları pozuntusu ilə bağlı xüsusi komissiya da yaratdı. Ölkədə beynəlxalq aləmin qarşıması əleyhinə müxalifət olsa da, indi nəticələr var. Korrupsiya iə bağlı bir sıra şəxslər işdən azad da olunub. Bir sıra dəyişikliklər, uğurlar var. Gələn illərdə böyük dəyişikliklər gözlənilir.

Davamı

XS
SM
MD
LG