Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:23

Avropa Parlamenti Rusiyanın "saxta xəbərləri"ylə mübarizəyə çağırır


RT-Rusiya televiziyası
RT-Rusiya televiziyası

Avropa Parlamenti Rusiyanın Avropa Birliyinə qarşı "düşmən təbliğatının" artdığını bildirib və üzv üzv dövlətləri dezinformasiyayla mübarizə səylərini çoxaltmağa çağırıb

Avropa Parlamenti Rusiyanın Avropa Birliyinə qarşı "düşmən təbliğatının" artdığını bildirib və üzv üzv dövlətləri dezinformasiyayla mübarizə səylərini çoxaltmağa çağırıb.

Rusiya prezidenti Vladimir Putin Avropa Parlamentinin bu çağırışından qəzəblənib və onu Rusiyaya "demokratiya dərsi keçməsini” şiddətlə qınayıb.

“Tam saxta xəbərlər yaydığına görə…”

"Sputnik " informasiya agentliyinin təqdimatı Moskva, 10 noyabr 2014
"Sputnik " informasiya agentliyinin təqdimatı Moskva, 10 noyabr 2014

Noyabrın 23-də Avropa parlamentariləri "Russia Today" (RT) telekanalı və "Sputnik" xəbər agentliyi də daxil, Rusiyanın dövlət media qurumlarını "tam saxta" xəbərlər yaydığına görə qınayan qətnaməyə səs veriblər.

Onlar bildiriblər ki, Kreml saxta informasiya yaymaq, demokratik dəyərləri şübhə altına almaq və Avropanı parçalamaq üçün beyin mərkəzləri, çoxdilli televiziya stansiyaları, "psevdoxəbər agentlikləri" və yerli sosial media da daxil, "müxtəlif vasitə və alətlərdən" yararlanır.

Qətnamədə deyilir ki, Rusiyanın 2014-cü ildə Ukraynanın Krım ərazisini qanunsuz ilhaqından bəri KremlAvropa Birliyinə qarşı təbliğata başlayıb.

Avropa Parlamenti
Avropa Parlamenti

Məqsəd “Avropa Birliyini… parçalamaqdır”

Parlamentarilər Avropa Birliyini "cüzi olan" kommunikasiya gücünü genişləndirməyə və "maarifləndirmə, təhsil, onlayn və yerli media, araşdırma jurnalistikası və informasiya savadlılığı" sahələrinə daha çox diqqət yetirməyə çağırıb.

Onlar "Avropada Kremldən qaynaqlanan fəaliyyətlərin, o cümlədən dezinformasiya və təbliğatın sürətlə yayılmasından ciddi rahatsız olduqlarını" bildiriblər. Qətnamədə deyilir ki, bu fəaliyyətin məqsədi "Avropa Birliyini zəiflədərək parçalamaqdır".

Putin Moskvada jurnalistlərə deyib ki, bu qətnamə "Qərb cəmiyyətində demokratik düşüncələrin siyasi deqradasiyasından" xəbər verir.

Qətnamə 304 səslə qəbul edilib. Deputatların 179-u sənədin əleyhinə səs verib, 208-i tərəfsiz qalıb.

Avropa Birliyi Parlamenti "İŞİD" ekstremist qruplaşmasının, “Al-Qaeda” və digər qeyri-dövlət aktyorlarının təbliğatı barədə də xəbərdarlıq edib.

XS
SM
MD
LG