Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:24

Avropa Parlamenti bu dəfə də prezident seçkisini izləməyəcək 


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamenti Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini izləməyəcək. Bu barədə yanvarın 16-da parlamentin aparıcı üzvləri birgə bəyanatla çıxış ediblər.

"Avropa Parlamenti bu seçki prosesini izləməyəcək və nəticə etibarilə nə prosesi, nə də ondan sonra açıqlanacaq nəticələri şərh edəcək. Avropa Parlamentinin heç bir üzvünə onun adından seçki prosesini müşahidə, yaxud şərh etmək səlahiyyəti verilməyib”, -- bəyanatda deyilir.

O da qeyd edilir ki, qurumun hər hansı üzvü seçkini şərh etmək qərarına gələrsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu zaman Avropa Parlamentini təmsil etməyəcək.

Bəyanat Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri, deputatlar Devid Mak-Allister (David McAllister) və Tomas Tobenin (Tomas Tobé) adından yayılıb.

Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupu beynəlxalq səviyyədə seçkiləri müşahidə edir, həmçinin demokratiya və insan hüquqlarını təşviq edir.

Avropa Parlamenti 2018-ci il növbədənkənar prezident seçkisini də müşahidə etməmişdi.

Müxalifət 'siyasi tamaşa', hakimiyyət 'məğlubiyyətdən qorxur' deyir - 7 fevral seçkiləri
Gözlə

No media source currently available

0:00 0:14:09 0:00

Xatırlatma

Prezident İlham Əliyev 2025-ci ildə keçirilməli olan növbəti prezident seçkisinin tarixini 1 il önə çəkib, bunun bir səbəbi kimi Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa edilməsini göstərib. 2020-ci ildə Ermənistanla 44 günlük müharibə, ötən il isə qısa hərbi əməliyyatlarla Qarabağ və ətraf 7 rayona nəzarət bərpa edilib.

Bir sıra müxalifət partiyaları isə seçkini “siyasi tamaşa” adlandırır, prosesə qatılmırlar. Seçkidə prezident İlham Əliyev və daha altı siyasətçi iştirak edir. Həmin digər namizədlərin bir çoxu əsasən əvvəlki seçkilərdə də indiki prezidentin rəqibi olublar, nəticə və prosesin gedişi ilə bağlı ciddi şikayət ifadə etməyiblər.

Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

7 fevral seçkisini ATƏT müşahidəçiləri izləyəcək. Bu qurum Azərbaycanda daha öncəki seçkilərlə bağlı hesabatlarında prosesin rəqabətsiz mühitdə keçdiyini, səsvermədə pozuntuların olduğunu, ancaq seçkinin nəticələrinə təsir etmədiyini bildirib.

XS
SM
MD
LG