Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:35

AŞPA Avropa Məhkəməsini İlqar Məmmədova görə tələsdirir


İlqar Məmmədovun məhkəməsi. Bakı, 2013
İlqar Məmmədovun məhkəməsi. Bakı, 2013

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosu oktyabrın 13-də Avropa İnsan Hüquqları Məhkəməsini (AİHM) Azərbaycanın İlqar Məmmədovun işi üzrə məhkəmənin qərarını yerinə yetirib-yetirmədiyi məsələsi ilə bağlı mümkün qədər tez rəy verməyə çağırıb.

Bu haqda Büronun AŞPA-nın saytında yerləşdirilən məlumatında bildirilir.

Bu məsələ Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən tənzimlənir. Həmin maddəyə görə,ölkəninhəmin işlə bağlı yekun qərarı yerinə yetirməkdən imtina etdiyi hesab edirsə,iş tədbir görülməsindən ötrü Nazirlər Komitəsinə göndərilir.

Buna da bax: AŞPA-nın qətnamələrini kimi utanc gətirən, kimi önəmli adlandırdı [video]

Tədbirlərdən biri öhdəlikləri icra etməyən ölkənin Avropa Şurasından çıxarılması da ola bilər.

REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş verən iğtişaşlarla əlaqədar həbs edilib. İ, Məmmədov kütləvi iğtişaşlarda ittiham edilərək7 il həbs cəzası alıb.

2014-cü ilin mayında AİHM İlqar Məmmədovun həbsi iləAvropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəaların pozduğu qərarına gəlib. Məhkəməhesab edib ki, İlqar Məmmədov hər hansı dəlil olmadan həbs edilib.

Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-nin Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi buməsələyə baxmalıdır.

Bu günlərdə bu mövzunu dəyərləndirən parlament sədrinin müavini Ziyafət Əsgərov isə deyib ki, onlar İlqar Məmmədovu siyasi məhbus saymırlar.

Azərbaycan rəsmiləri deyirlər ki, AİHM-in 10 minə yaxın icra edilməyən qərarı var. Onların fikrincə, bir qərarın yerinə yetirilmədiyinə görə, Azərbaycanın üzərinə düşmək qərəzdir.

XS
SM
MD
LG