Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:49

AŞPA Azərbaycan hakimiyyətini demokratik azadlıqlara hörmət etməyə çağırıb


Foto arxiv
Foto arxiv

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitsəi Azərbaycandakı vəziyyətlə bağlı açıqlama yayıb.

Açıqlamada Azərbaycan hakimiyyətilə davam edən dialoq bəyənilib. Bunula belə bir sıra ləngimələr, məhkəmə sisteminin funksiyası və ifadə azadlığı ilə bağlı narahatlıqlar ifadə edilib.

Açıqlama Komitənin sentyabrın 7-də Parisdə başa çatan iclasından sonra yayılıb. AŞPA Monitorinq Komitəsində müzakirələrə sentyabrın 4-də başlanmışdı.

Komitə xüsusilə təəssüf edir ki, bir il öncə baş vermiş konstitusiya dəyişiklikləri icra hakimiyyətinin parlamentə daha az hesabat verməsinə imkan yaradır.

Eyni zamanda, parlamentarilər cinayət siyasətinin humanistləşdirilməsi ilə bağlı prezidentin sərəncamını bəyənərək hakimiyyəti bu islahatı reallaşdırmağa dəvət ediblər.

Açıqlamada vurğulanır ki, Azərbaycanla bağlı həmməruzəçilər Stefan Schennach (Avstriya) və Cezar Preda-nın(Rumıniya) məruzəsi qəbul olunub.

Florin Cezar Preda və Stefan Schennach
Florin Cezar Preda və Stefan Schennach


Komitə Azərbaycan hökumətinin 2012-2014-cü illərdə irimiqyaslı “pul yumaq” sxemində iştirakı və xüsusilə, bunun Azərbaycanda insan haqları ilə bağlı AŞPA əməkdşalarının işinə təsir etməsi kimi iddiaların narahatlıq doğurduğunu ifadə edib.

Buna da bax: 'Azərbaycanın pulyuyan maşını' 2.9 milyardı necə yuyub? [video]

Azərbaycan hakimiyyətini bu hallarla bağlı təcili olaraq müstəqil və tərəfsiz təhqiqat aparmağa, bu məslə üzrə kompitetnt beynəxlaq qurumlarlatam şəkildə əməkdşalığa çağırıblar.

Komitə habelə, QHT lideləri, hüquq müdafiəçiləri, siyasi fəallar

jurnalistlər, bloqqer və vəkillərin təqb edilməsindənnarahatlıq ifadə edib:

“2016-2017-ci illərdə bəzi məhbuslarının azad olunmlarını dəstəkləyirik. Amma saxlanmaları əsaslı şübhə doğuran məhbusları da azad etməyə səsləyirik ”,açıqlamada vurğulanır.
Komitə həmçinin, parlamentdən kənar müxalifətin fəaliyyətinə və sərbəst toplaşma azadlığına məhdudlaşdırıcı mühit yaradılmasından da narahat olduğunu bildirib.

Qurum yekunda Azərbaycan hökumətini Avropa İnsan Hüquqlıarı Məhkəməsin qərarlarını tam şəkildə yerinə yetirməyi təmin etməyə, icra hakimiyyəti üzərində parlament nəzarətini gücləndirməyə, məhkəmə orqanlarının müstəqiliiyini tam təmin etməyə səsləyib.

Bundan ötrüprokurorluq və məhkəmə sistemində islahatlar aparmağ təklif edilib.
Hökumət eyni zamanda, jurnalistlərə və QHT-lərə basqısız şəraitdə fəliyyət göstərməyə imkan tanımağa dəvət edilib.

Məruzənin AŞPA-nın payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur. AŞPA həmməruzəçiləri isə sentyabrın 13-dən 17-nə kimi bu sənədin müzakirəsindən ötrü Azərbaycana gəlməlidirlər.

Buna da bax:"Həmməruzəçilər Bakıya gəlir"

AŞPA-dakı müzakirələrdən yenicə qayıdan Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da məruzə və həmməruzəçilərin səfəri ilə bağlı Azadlıq Radiosuna qısa münasibətini bildirib.:

FSəməd Seyidov
FSəməd Seyidov

“Bu məruzəni Azərbaycanda rəsmilərlə müzakirə etməyə, dialoq əsasında konstruktiv irəliləyiş görməyə gəlirlər. Biz də bunu faktiki qəbul edirik. Baxmayaraq ki, məruzə çox tənqidi məqamları ehtiva edir, biz deyirik: “Gəlin, bir də oturaq söhbət edək, görək harda düzdür, harda əyridir, nəyi düzəltmək mümkündür?” Biz konstruktiv dialoqdan əl çəkmirik. Baxmayaraq ki, sənəddə tənqid, hətta bəzi məqamda təhqir və təzyiq də əksini tapır.”, deyə Səməd Seyidov vurğulayıb

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan, hələ də qurumun monitorinqi altındadır.

XS
SM
MD
LG