Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:51

Avstriya ‘Navalnının zəhərlənməsinə baxmayaraq’ Rusiya kəmərini dəstəkləyir


Ukrayna və Avstriya prezidentləri Volodimir Zelenski (solda) və Alexander Van der Bellen Vyanada keçirilən birgə mətbuat konfransında
Ukrayna və Avstriya prezidentləri Volodimir Zelenski (solda) və Alexander Van der Bellen Vyanada keçirilən birgə mətbuat konfransında

Avstriya bildirib ki, bir sıra Avropa ölkələrinin Rusiya müxalifətçisi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı getdikcə artan narahatlığına baxmayaraq Rusiyanın ŞimalAxını 2 kəmərinin çəkilməsini dəstəkləməkdə davam edir.

Avstriya prezidenti Alexander Van der Bellen sentyabrın 15-də deyib ki, tikintisi az qala başa çatmaqda olan kəmərin məsələsini Navalny məsələsi ilə bağlamaq lazım deyil.

Rusiyadan Almaniyaya Baltik dənizinin dibi ilə qaz nəql etməli olan kəmərin təxminən 100 kilometrlik məsafəsi çəkilməyib.

Van der Bellen bu bəyanatı Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında verib.

Rusiya qazının Avropaya nəqlindən tranzit ölkə kimi milyardlarla dollar gəlir əldə edən Ukrayna ŞimalAxını 2 kəmərinin çəkilişindən narazıdır. Bu kəmər Baltik dənizinin dibindən keçməklə Ukrayna ərazisindən yan ötür.

Avstriyanın OMV şirkəti ümumi dəyəri 11 milyard dollar olan ŞimalAxını 2 kəməri konsorsiumunun üzvüdür.

Sentyabrın 15-də Avstriya kansleri Sebastian Kurz Zelenski ilə görüşündən sonra deyib ki, ŞimalAxını2 kəmərinin çəkilişi Navalnı məsələsinə görə dayandırılmamalıdır.

Kurz deyib ki, bu kəmər iqtisadi baxımdan “pozitiv layihədir”.

Zelenski də sözünü deyib

Ukrayna prezidenti Zelenski bildirib ki, o Avstriyanın iqtisadi və biznes maraqlarını başa düşür, lakin ŞimalAxını 2 kəməri həm də Ukraynanın enerji təhlükəsizliyi ilə bağlıdır.

O ümid etdiyini bildirib ki, bu kəmərə “həm də bizim nöqteyi-nəzərimizdən baxılacaq”.

Avropa İttifaqının üzvü olan Polşa və Baltik dövlətləri sözü gedən kəmərin çəkilişi əleyhinədirlər.

Almaniya bu kəmərin çəkilişinin əsas təşəbbüskarı olub, amma kansler Angela Merkelin öz hökumətində ŞimalAxını 2 layihəsi ilə bağlı narazılıq artmaqdadır.

Merkelin opponentləri deyirlər ki, Rusiya Navalnının zəhərlənməsi ilə bağlı təhqiqatla şəffaf bir şəkildə əməkdaşlıq etməzsə, ŞimalAxını 2 kəmərindən imtina edilməlidir.

Rusiyada prezident Vladimir Putinin qatı tənqidçisi olan Aleksey Navalnı Sibirdən uçarkən təyyarədə özünü pis hiss edib.

Təcili qaydada Almaniyaya çatdırılan müxalifətçinin orqanizmində sovet vaxtlarında istehsal olunan Noviçok adlı kimyəvi zəhər aşkar olunub.

Moskva Navalnının zəhərlənməsi ilə hər hansı bağlılığını inkar edir.

XS
SM
MD
LG