Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:25

Azərbaycanda koronavirusa ilk yoluxma faktı təsdiqləndi


Koronavirus şübhəliləri hansı şəraitdə saxlanılır? Video
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Koronavirus şübhəliləri hansı şəraitdə saxlanır? Video

Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Operativ qərargahdan AZƏRTAC-a bildiriblər ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. «İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir», - məlumatda qeyd edilir.

Qərargahdan bildirildiyinə görə, xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək, infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

«...Bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb», - açıqlamada qeyd edilir.

Bundan əvvəl isə İrandan gələrək Azərbaycandan keçən iki şəxsdə bu virusun aşkarlandığı qeyd edilirdi. Bunların biri Gürcüstan, xəstəliyin Belarusda aşkarlandığı ikinci şəxs isə İran vətəndaşı idi.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 mini keçdiyi bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır. Bundan əvvəl isə bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilirdi. İranda azı 30-dan çox şəxsin bu virusdan öldüyü vurğulanırdı. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

Azərbaycan isə İranla sərhədi bağlamayıb.

XS
SM
MD
LG