Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:40

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

20:52 27.12.2014

ABŞ-İN ATƏT-DƏKİ SƏFİRİ AZADLIQRADİOSUNA BASQILARI PİSLƏYİR

"Azərbaycanda mətbuat azadlığı var" deyən hakimiyyət AzadliqRadiosu əməkdaşlarını offisdən çıxarır. Onların yeganə günahı jurnalistikaya sədaqətləridir
"Azərbaycanda mətbuat azadlığı var" deyən hakimiyyət AzadliqRadiosu əməkdaşlarını offisdən çıxarır. Onların yeganə günahı jurnalistikaya sədaqətləridir

“Azad media üzərinə hücum zəif, özünə inamı olmayan və korrupsiyalı hökumətlərin və liderlərin davranışıdır".

Bunu ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Bakıda AzadlıqRadiosunun ofisinə reyd və onun bağlanması ilə əlaqədar özünün tvitter hesabından yazıb.

21:17 27.12.2014
Senator Ben Cardin
Senator Ben Cardin

SENATOR BEN CARDİN AZADLIQRADİOSUNA REYDİ QƏTİYYƏTLƏ PİSLƏYİR

Amerika Birləşmiş Ştatlarında Federal Hökumətində Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının sədri senator Ben Cardin AzadlıqRadiosuna hücumla bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Azərbaycanda azad və müstəqil mətbuat onları qorumalı olan hakimiyyətin özü tərəfindən hücumlara məruz qalmaqda davam edir.

Ben Cardin bildirib ki, dünən AzadlıqRadiosunun bürosuna reyd Azərbaycan hökumətinin fərqli səsləri susdurmaq kimi dərin narahatlıq doğuran meylini davam etdirir və radionun Azərbaycan xidmətinin təhqiqatçı jurnalisti Xədicə İsmayılın həbsi və ilkin məhkəməsinin dərhal ardınca baş verir:

“Biz Azərbaycan hakimiyyətini bir daha jurnalistlərin təqibinə son qoymağa və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Taəşkilatının iştirakçı üzvü kimi – insan haqları və təməl azadlıqların qorunmasına dair keçmişdə götürdüyü öhdəliklərə hörmətlə yanaşmağa çağırırıq” – deyilir bəyanatda.

01:34 28.12.2014

Avropa Şurası, Muiznieks: Azadlıqa qarşı hücümlar repressiyaların davamıdır

Avropa Şurasın insan haqları üzrə komissarı Nils Muiznieks AzadlıqRadiosu Bakı bürosuna keçirilmiş reydə özünün Facebook hesabından münasibət bildirib.

“AzadlıqRadiosu Azərbaycan xidmətinin Bakı bürosuna polisin keçirdiyi reyd barədə xəbərdən çaşqınlıq içindəyəm. Bu qeyri-məqbul hadisə yaxın keçmişdə Azərbaycanda fərqli düşüncə üzərinə edilmiş çoxsaylı repressiyaların davamıdır və bu ölkədə jurnalistlərin, insan haqları müdafiəçilərinin və tənqidi fikir bildirən başqalarının üzləşdikləri təqiblərin ciddiliyini nümayiş etdirir. Mən hakimiyyəti ifadə və media azadlığı üzərinə hücumlarını dərhal və birdəfəlik dayandırmağa və insan haqlarının müdafiəsinə dair öhdəliklərinə əməl etməyə çağırıram” – yazır Nils Muiznieks.

The Council of Europe commissioner for human rights, Nils Muiznieks, undated
The Council of Europe commissioner for human rights, Nils Muiznieks, undated

13:19 28.12.2014

AzadliqRadiosunun jurnalistlərinin evlərinə polis reydləri

AzadlıqRadiosunun Bakı ofisi möhürləndi
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00


Dekabrın 27-28-i AzadlıqRadiosu əmədaşları kütləvi şəkildə prokurorluğa aparılır. Onları polis evdən həbs edir, sonra istintaqa aparırlar. Prokurorluq radionun vəkilini də şahid elan edərək işdən kənarlaşdırıb.Ətraflı burada oxu

Davamı

XS
SM
MD
LG