Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:51

Azərbaycan statuslarını itirə-itirə gedir


Rəşid Şerif, karikatura
Rəşid Şerif, karikatura

-

Hökumətə öhdəliklərini yerinə yetirməyə 1 il vaxt verilib

Daha bir beynəlxalq təşəbbüsdə Azərbaycanın statusu aşağı salınıb. Açıq Hökumət Tərəfdaşlığının (AHT) İdarəetmə Komitəsi Azərbaycanın bu layihədə iştirakını «qeyri-aktiv» edib.

Komitə «təəssüflə» bildirib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə «çözülməyən maneələr» ucbatından belə qərar verməli olub. AHT öz tarixində həmin qərara ilk dəfə imza atıb.

Qərar hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət Komitənin Keyptaunda nazirlər səviyyəsində keçirilən görüşündə çıxarılıb.

Bir il öncə eyni səbəblərdən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə Azərbaycanın statusu «tam hüquqlu» üzvdən «namizəd»liyə salınmışdı.

Bir il vaxt verilib

Vətəndaş cəmiyyəti təşkilatlarının problemlərinin həlli üçün Azərbaycan hökumətinə bir il vaxt verilib. Qeyri-aktiv statusla Azərbaycan aktiv olmayam statusla AHT seçkilərində səs verə bilməyəcək və AHT tədbirlərinə yalnız müşahidəçi kimi - öyrənmək məqsədilə qatılacaq. Sözügedən qurum çoxtərəfli təşəbbüs olaraq, hökumətlərdən şəffaf fəaliyyət göstərməsini, vətəndaş səlahiyyətlərinin artırılmasını, korrupsiya ilə mübarizə və idarəetmənin gücləndirilməsini hədəf götürür və yeni texnologiyaların tətbiqini tələb edir. Qurucuları arasında ABŞ və Böyük Britaniyanın da olduğu AHT 2011-ci ilin sentyabrında yaradılıb.

Qərar gözlənilməz deyil

Əslində, bu qərar gözlənilən idi. AHT 2014-cü ildən Azərbaycanın bu tərəfdaşlığa «reputasiya riski» gətirib-gətirmədiyini araşdırmağa başlayıb. Bu il aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyevin «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nı təsdiqləməsi də işə yaramayıb.

Təşəbbüsə tədqiqatçı sifətilə qatılan iqtisadçı ekspert Kənan Aslanlı öncə qurumun məramına diqqət çəkir:

Kənan Aslanlı
Kənan Aslanlı

«AHT hökumətlərin şəffaf, hesabatlı və iştirakçı mexanizmlərlə yönəldilməsinə çalışan nüfuzlu beynəlxalq təşkilatdır. Azərbaycan bu təşkilata 2011-ci ildən - öz təşəbbüsü ilə qoşulub. ANT-yə aktiv üzvlük statusu hər hansı ölkənin və ölkə hökumətinin beynəlxalq pozitiv imicindən ötrü önəmlidir. Beynəlxalq maliyyə qurumları və xarici investorların ölkəyə borc verməzdən və ya sərmayə yatırmazdan əvvəl ölkənin belə nüfuzlu beynəlxalq təşəbbüslərdə iştirakını meyar kimi gözdən keçirməsi də istisna deyil».

K. Aslanlı da xatırladır ki, ANT-də Azərbaycanın statusunun aşağı salınması ölkədə QHT-lər üçün m

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

ühitin qaneedici olmamasından qaynaqlanır: «Azərbaycan indən belə bu təşkilatın bütün tədbirlərinə, sadəcə, müşahidəçi kimi qatıla bilər».

«Öhdəliklər yenə yerinə yetirilməzsə...»

Ekspert Zöhrab İsmayıl Azərbaycanın indiki statusunun mənfi tərəflərini sadalayır: «Qeyri-aktivlik nədir? Hökumət nümayəndələri AHT-də səs verə bilməyəcək. Ölkənin öz öhdəliklərini yerinə yetirməsi üçün xüsusi fəaliyyət planı hazırlanacaq. Qeyri-aktiv status ömürlük deyil, öhdəliklər yenə yerinə yetirilməzsə, bir müddət sonra Azərbaycan təşkilatdakı üzvlüyünü tam itirə bilər».

Z. İsmayılın fikrincə, bu qərardan sonra Azərbaycan hökuməti ilə tərəfdaş olan Qərb ölkələri öz siyasətlərini götür-qoy etməyə məcbur qalacaqlar: «Beynəlxalq maliyyə qurumları Azərbaycana kredit ayırarkən, ortaya suallar çıxacaq, çətinliklər yaranacaq. Mümkündür ki, ölkənin kredit reytinqi də aşağı düşsün. Çox təəssüf ki, Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə qeyri-sivil münasibəti, onu sıradan çıxarmaq cəhdi ölkəmizi belə problemlərlə üzləşdirir».

«Hökumət vəziyyəti nəinki ciddi şəkildə dəyişmədi,…»

Ekspert Azər Mehtiyev də yada salır ki, ötən il Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə də bənzər qərar verilmişdi:

Azerbaijan -- Azer Mehtiyev, expert, Baku, 12Apr2012
Azerbaijan -- Azer Mehtiyev, expert, Baku, 12Apr2012

«Ölkənin statusu endirildi. Əsas səbəb yenə vətəndaş cəmiyyətinin durumudur. O zaman hökumətə bir il vaxt verilmişdi ki, durumu köklü şəkildə dəyişsin. Təəssüf ki, hökumət vəziyyəti nəinki ciddi şəkildə dəyişmədi, heç texniki məsələləri də yetərincə həll edə bilmədi. İndiki qərar həm də ondan qaynaqlandı. ANT-də vəziyyəti köklü şəkildə dəyişmək üçün hökumətə bir il vaxt verdi».

A. Mehtiyevin sözlərinə görə, dövlət başçısı İlham Əliyev müşavirə və tədbirlərdəki bütün çıxışlarında hökumətin fəaliyyətində, özəlliklə dövlət xərcləmələrində şəffaflıq və hesabatlılığın yüksəldilməsinin, ictimai nəzarətin artırılmasının zəruriliyini vurğulayır:

«Halbuki hökumətin şəffaflığının və hesabatlılığının yüksəldilməsi üçün ən vacib şərtlər - ölkədə müstəqil və sərbəst fəaliyyət qabiliyyətli vətəndaş cəmiyyətinin, eləcə də müstəqil və peşəkar medianın olması, müstəqil və ədalətli məhkəmə təminatının yaradılmasıdır. Bunlar olmayınca hökumət şəffaf və hesabatlı ola bilməyəcək».

XS
SM
MD
LG