Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:58

Azərbaycan sünni ölkəsinəmi çevrilir?


Nardaran - 2012
Nardaran - 2012

Şiələrin çoxluq təşkil etdiyi Azərbaycan guya sünni ölkəsinə çevrilməyə çalışır və buna Bakı bilərəkdən cəhd edir. «Eurasia Review» dərgisində təhlilçi Paul Goble internetdə bu haqda müzakirələrin getdiyini yazır.

İRANDANSA, SÜNNİLƏRİN TƏRƏFİNDƏ

Müzakirəni açanlar Azərbaycanın bununla Türkiyəyə, Qazaxıstana yaxınlaşmaq, İrandan uzaq durmaq istədiyini deyirlər.

«OnKavkaz» portalından Əli Abbasov arqumentini belə əsaslandırıb ki, Azərbaycandakı tendensiyaya səbəb sünni ölkələriylə şiələrin çoxluq təşkil etdiyi İran arasındakı gərginlikdir. Azərbaycan bu qarşıdurmada İrandansa, sünnilərin tərəfində dayanmaq istəyir.

Məqalənin müəllifi bunun Azərbaycanda iki səbəbdən mümkün olduğunu qeyd edir. Birincisi, Azərbaycanda sünilərlə şiələrin say fərqi düşünüldüyü qədər böyük deyil, əhalinin təxminən 60%-i şiə, 40%-i sünnidir. İkincisi, müəllif Sovet dövrünün din əleyhinə siyasətinin nəticəsi olaraq, Azərbaycanda əhalinin çoxunun bu dini təriqətlər arasındakı fərqdən xəbərsiz olduğunu qeyd edir. Ölkədəki məscidləri təriqətə görə fərqləndirənlərin də, onları sünni, yaxud şiə məscidi deyil, «türk», ya da «İran» məscidi adlandırdıqlarını vurğulayır.

TƏRİQƏTİ BİR ÇIRTMAYLA DƏYİŞMƏK?

«Belə çıxır ki, Azərbaycan ölkə əhalisinin dini təriqətini bir çırtmayla dəyişə bilər», – deyə dərgi buna yerli şiələrin, eləcə də İrandakı şiə azərbaycanlıların, həmçinin İranın etiraz edəcəyini, ancaq mane ola bilməyəcəyini yazır.

Bakıda Aşura.
Bakıda Aşura.

Müzakirələrdə iştirak edənlərin bəziləri deyirlər ki, Azərbaycan prezidenti İlham Əliyevin məqsədi ölkəsini Qərblə, həm də İsraillə münasibətləri yaxşı olan müsəlman aləminin bir hissəsinə çevirməkdir.

Üstəlik, Türkiyədə Recep Tayyip Erdoğan-ın dini partiyasının qalibiyyətinin İ.Əliyevə də təsir göstərdiyini, sünniliyin İ.Əliyevdən ötrü yeni əhəmiyyət kəsb etdiyini düşünənlər var. «Bakının Ankarayla yaxınlaşmaq istəyini nəzərə alsaq, Azərbaycan indi tək milliyyət deyil, dini təriqət məsələsinə də fokuslanmalıdır».

ŞİƏLƏRƏ BASQILAR

Məqalədə Azərbaycanda son zamanlar baş verənlər – şiələrə basqılar da xatırladır. Azərbaycanda şiəliyin qatı tərəfdarlarının talışlar, ya da tatlar olduğunu, məhz bu farsdilli azlıqların İ.Əliyevin türkçü baxışlarıyla razılaşmadığını, ona görə də basqı altında olduqlarını qeyd edir.

Diqqəti çəkən məqamlardan biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə haqda deyilənlərdir. Müzakirələrdə iştirak edənlərdən biri vaxtilə keçmiş prezident Heydər Əliyevin A.Paşazadəni talış olduğuna görə istefaya göndərmək niyyətində olduğunu yazıb. Onun sözlərinə görə, A.Paşazadə vəzifəsində həm ölkədə, həm də Şimali Qafqazda böyük nüfuza sahib olduğuna görə qalır. «Amma əgər İ.Əliyev Azərbaycanı şiə ölkəsində sünni ölkəsinə çevirmək niyyətində qətidirsə, A.Paşazadəni sıxışdırmalı, onun idarəsini ləğv etməli olacaq», – «Eurasia Review» dərgisində Paul Goble belə yazır.

XS
SM
MD
LG