Suriyada və İraqda döyüşən azərbaycanlılar həbs olunub
MTN-in keçirdiyi anti-terror əməliyyatı nəticəsində 5 Azərbaycan vətəndaşı tutulub . MTN-dən APA-ya verilən məlumata görə, onlar İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terror təşkilatlarının tərkibində Suriya və İraqda döyüşüblər.
DAHA BİR NEÇƏ BANK BAĞLANA BİLƏR
«Bizim yol» yazır ki, bu ilin sonuna kimi bağlanan bankların sırasına daha bir neçəsi qoşula bilər.
İlin əvvəlindən indiyədək iki bankın lisenziyasının ləğv olunduğunu xatırladan qəzet hesab edir ki, növbəti qara buludlar «Bank Technique», «Yunayted Kredit Bank» və «Bank of Azerbaijan»ın başı üzərində dolaşır. Mətbuat icmalı
Rus əsgəri seçim qarşısında : ya Suriya ya həbsxana
Suriyaya “ezamiyyət”ə getməkdən imtina edən bir neçə rusiyalı hərbçinin taleyi bu günlərdən məlum olacaq.
Amerikalıların 75 faizi hökumətdə korrupsiya olduğunu düşünür
Ötən il hər dörd amerikalıdan üçü (75%) hökumətdə korrupsiyanın geniş yayıldığını düşünüb. 2007-ci ildə bu rəqəm 67, 2009-cu ildə isə 66% idi.
«Gallup» sorğu mərkəzi yazır ki, 2007-ci ildən rəqəmlər dəyişsə də, bu tendensiya 2010-cu ildən bəri sabit qalıb.