Azərbaycan trolları səfiri hədəfə alıb
Amerika Birləşmiş Ştatlarının ATƏT-dəki xüsusi elçisi Daniel Baer Azərbaycanın hökumətyönlü trolları tərəfindən hədəfləndiyini bildirib.
Müdafiə nazirliyi xəbərdarlıq edir
«Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcək».
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Cəmil Həsənli: Kredit problemi "Bandotdel"lə həll olunmur
Milli Şuranın sədri Cəmil Həsənlinin müraciət yayıb. O, müraciətində iş adamlarının və bir neçə bank işçisinin həbsinə toxunub:
«Vaxtilə yüksək faizlərlə alınmış kreditlərin qaytarılması doğrudan da təhlükə altına düşüb. Lakin biz əvvəllər də yazmışıq ki, ölkənin iqtisadi və maliyyə həyatına aid problemlərin «Bandotdel» vasitəsilə «həll edilməsi» ağır nəticələrə gətirib çıxarır." Mətbuat icmalı
Ölənlərin sayı 753 oldu
Məkkədə Mina dağında dünənki izdihamda ölənlərin sayı 753-ə çatıb. Bu, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatıdır. Yaralıların sayı isə 887 nəfərdir.
Zəvvarların ölümündə Səudiyyə Ərəbistan Səhiyyə Nazirliyini günahkar hesab edirlər. Nazir Halid el Falih isə jurnalistlərə deyib ki, "Zvvarlar göstərişlərə əməl etsə idi, bu faciə yaşanmazdı. Zəvvarlar heç bir proqrama riayyət etmirdilər.”
Ölənlər arasında bir azərbaycanlı zəvvar var. Onun Məkkədə dəfn olunacağı gözlənilir.