Adların təhlili: islamçılıq türkçülüyü vurub-çıxartdı
Hər il Azərbaycanda on minlərlə uşaq doğulur. Ata-anaların öz körpələrinə verdiyi bu minlərlə ad əsasında ümumi cəmiyyətdəki əhvalı, ictimai şüurdakı dəyişiklikləri görmək olarmı?
Ədliyyə Nazirliyi Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adların siyahısı açıqlayıb. Ən populyar oğlan adı Yusifdir, sonrakı yerlərdə Əli, Hüseyn,Murad, Məhəmməd gəlir. Qız adlarında ən populyar Zəhradır.
AzadlıqLive-a danışan politoloq Hikmət Hacızadənin fikrincə, bu adlar əsasında əsil sosioloji araşdırma aparmaq olar. İlk baxışdan gəlinən nəticə isə odur ki, islam, islam mədəniyyəti, mifologiyası ictimai şüura hakimdir.
Bir az da dərinə gedilsə, xatırlamaq olar ki, vaxt var idi, yeni doğulan uşaqlara Ərtoğrul kimi adlar verilirdi. Politoloq deyir ki, bu, pantürkizm meyillərini göstərird. Qızlara isə ən çox türk adları verilirdi, məsələn, Aytac. Bu isə türkçülüyün əlaməti idi.
Bir vaxtlar çox geniş yayılan türk adlarının yerinə indi dini adları görəndə, belə nəticəyə gəlmək olar ki, türkçülüyü islamçılıq vurub-çıxarır. Ancaq nə qədər çıxarıb? Demək olarmı ki, tam çıxarıb?
Politoloqla söhbətə qulaq asın
Bakı-Sumqayıt qatarının yeni hərəkət cədvəli...
Azərbaycan Dəmir Yollarından bildirirlər ki, 10 gündür istifadədə olan Bakı-Sumqayıt qatarlarında yeniliklər var. Ətraflı reportajda...
Blatterə qarşı cinayət işi açıldı
İsveçrə FİFA rəhbəri Seep Blatterə qarşı cinayət işi açıb.O səlahiyyətlərindən sui istifadə və mənimsəmədə ittiham olunur. Blatter sentyabrın 25-də İsveçrənin baş prokurorluğunda ifadə verib.