"Hələ belə atışma olmamışdı"
“İndi elə vəziyyətdir ki, ermənilər atan kimi kişilər hamısı evlərdən çıxıb bir yerə yığışırlar. Famil də kənd camaatı ilə bir yerdə dayanıbmış. Vurublar, Famil həlak olub, qalanlar yaralanıb. Əfətli kəndində də yaralılar var. Çəmənlidən isə bu gecə bir ölü, 3 yaralı oldu. Heç belə olmamışdı, axşam saat 12-dən səhər 6-ya qədər atıblar”.
Aprelin 28-ə keçən gecə Ağdam istiqamətində atışma zamanı Çəmənli kəndinin sakini Famil Mustafayev qəlpə yarasından həlak olub. Qohumu Rəsmiyyə Hüseynova AzadlıqRadiosuna deyir ki, ötən gecəki atışmaya oxşarını görməyiblərmiş. Şahidlər nə deyir? Ətraflı axşam saat 8-də AzadlıqLive-da Radioda
Bu günki AzadlıqLive-da:
Ağdamda həlak olan yerli sakinin qohumu deyir ki, "hələ belə atışma olmamışdı"
Qaz idarəsinin döyülən çilingəri polisdən şikayətçidir. O deyir ki, onu döyənlər hələ də azadlıqda gəzir
Avropa Türkiyəyə “vizasız gediş-gəliş” verməyə bilər
Qərb mediası "mötəbər mənbələrə" istinadən yazır ki, Berlin və Paris Türkiyənin Şengen zonasına qəbulunun ləngidilməsini müzakirə ediblər
Azərbaycanda yaxşı işi olanlar 25 faizdir
Dünyanın yetkin yaşlı əhalisinin 26%-nin yaxşı işi var. Bunu «Gallup» sorğu mərkəzi 130 ölkədə əldə etdiyi statistikaya əsasən açıqlayıb. «Yaxşı iş» o deməkdir ki, həftədə 30 saat, yaxud daha çox işləyib yaxşı maaş alırsan. Gallup belə işə «real», yaxud «yaxşı iş» deyir.
Azərbaycanda yaxşı işi olanlar 25% -dir. Gürcüstanda bu, 14%, Ermənistanda 18%, Rusiyada 49%, Ukraynada 37%, İranda 13%-dir.