Ermənistan 3 şərt irəli sürür
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib ki, «İndi isə Sarkisian danışıqları bərpa etmək üçün 3 şərt irəli sürüb. Şərtlə məsələni həll etmək mümkün deyil."
E.Məmmədyarov deyib ki, danışıqlara hansısa şərtlərlə gəlmək olmaz: «Yerevanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir".
Rusiya mərhələli həll təklif edir
Elmar Məmmədyarov: "Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir».
Gürcüstanda 233 min azərbaycanlı yaşayır
Gürcüstan 2014-ci il siyahıalmasının yekun nəticələrini açıqlayıb. Siyahıyaalma Abxaziya və Cənubi Osetiya əhalisini əhatə etməyib.
Bunları çıxmaqla Gürcüstanda 3 milyon 710 min adam var. Onlardan 86,8 faizi, yəni 3,22 milyonu deyib ki, onlar gürcüdürlər. İkinci yerdə azərbaycanlılar gəlir - 6,3 faiz və ya 233 min.
Sonrakı yerlərdə: ermənilər - 4,5 faiz və ya 168 min, ruslar - 0,7 faiz - 26500 nəfər.
1220 nəfər deyib ki, onlar yezididirlər, 5700 nəfər Kistdir, yunanlar 5500 nəfərdir.
Erməni tərəfi də Dağlıq Qarabağda atəşlə dağıdılan yerlərin görüntülərini yayıb