Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:38

'Azercell'in əsas təsisçisi Azərbaycandan gedir?


Azercell-lə bağlı araşdırma, 2008
Azercell-lə bağlı araşdırma, 2008

«Telia Sonera» «Azercell»dəki payını satmayıb və hələ də şirkətin 51.3 faiz səhmi ona məxsusdur. Bunu İsveç şirkəti olan «Telia Sonera» AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirib.

Şirkət bildirir ki, Avrasiya regionunu tədricən tərk edəcək və yeni məlumat olan kimi bu barədə xəbər yayacaq: «Telia Sonera» «Fintur»un əsas səhmdarıdır və «Azertel» vasitəsilə «Azercell»də 51.3 paya sahibdir. Səhmdarlıq strukturunda heç nə dəyişməyib».

+++

“Azercell”in əsas təsisçisi “Telia Company” Azərbaycandakı fəaliyyətini məhdudlaşdırıb. Şirkət bu barədə 2016-cı illə bağlı illik hesabatında bildirib.

Hesabatda deyilir ki, “Telia Company” Avrasiya məkanında (Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova və Nepal) fəaliyyətini məhdudlaşdırmaq və bir müddət sonra regionu tərk etmək qərarını verib.

Şirkət bunu həmin bazarlarda hökumət müdaxilələri, səhmdarların öz öhdəliklərini yerinə yetirməsini əngəlləyən səbəblərlə izah edib.

Buna da bax: Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi

“Telia Company” öz payını Azərbaycanda kimə satdığını açıqlamasa da, “ölkə.az” saytı onun öz payını “PaşaHoldinq”ə satdığını yazıb.

AzadlıqRadiosu məsələ ilə bağlı “Telia Company”yə sorğu ünvanlayıb. Həftəsonu olduğundan “Paşa Holdinq” və “Azercell”lə əlaqə saxlamaq mümkün olmayıb.

Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz

“Azercell” şirkəti rəsmi saytında şirkət barədə məlumatını yeniləməyib. Şirkət özü barədə məlumatda bildirir ki, hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir.

Buna da bax: Azercell-də prezident qızlarının payı

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumat Layihəsinin (OCCRP) jurnalistləri bir neçə il öncə aşkar etmişdilər ki, “Azercell”də hökumətin payı müəmmalı yollarla Azərbaycan prezidentinin ailəsinə bağlılığı olan şirkətlərə ötürülüb.

XS
SM
MD
LG