Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:23

Azovstaldakı ağır yaralı hərbçilərin təxliyəsi üçün danışıqlar gedir


Ukrayna baş nazirinin müavini İrina Vereşşuk
Ukrayna baş nazirinin müavini İrina Vereşşuk

Ukrayna baş nazirinin müavini İrina Vereşşuk deyib ki, Rusiya tərəfi ilə danışqılar son dərəcə çətin keçir

Ukrayna baş nazirinin müavini İrina Vereşşuk mayın 12-də bildirib ki, hökumət Rusiya tərəfi ilə Mariupol şəhərində mühasirədə olan Azovstal zavodundakı yaralı Ukrayna hərbçilərinin mümkün təxliyəsi barədə danışıqlardadır.

O deyib ki, ağır yaralı əsgərlərin rusiyalı hərbi əsirlərə dəyişdirilməsi imkanı müzakirə olunur, amma danışıqlar “son dərəcə çətin” gedir. Xanım Vereşşuk bu barədə Telegram kanal vasitəsilə danışıb:

“Biz hazırda yalnız ağır yaralı olan 38 hərbçi barədə danışıqlar aparırıq. Hazırda bəzi mediaların yazdığı kimi 500 və ya 600 nəfərin dəyişdirilməsi müzakirə olunmur”.

O ictimaiyyət nümayəndələrini bu danışıqların hər hansı detalları barədə şərhlərdən çəkindirib və bildirib ki, bu, danışıqlar prosesinə “müdaxilə” edə və ya “dezinformasiyaya” səbəb ola bilər.

Ukrayna müqavimətinin simvolu

Yeddi həftədir ki, Rusiya qüvvələrinin mühasirəsində olan Azovstal bir növ Ukrayna müqavimətinin simvoluna çevrilib.

Azovstal zavodunda ilişib qalmış çox sayda qadın, uşaq və yaşlılar artıq evakuasiya olunub.

Bununla belə Ukrayna rəsmiləri Azovstalda hələ də 100-dək mülkinin qala biləcəyini bildirirlər.

Vereşşuk mayın 10-da demişdi ki, Azovstalda hələ də müqavimət göstərən 1000-dək Ukrayna hərbçisi var.

Zavod Rusiya qüvvələri tərəfindən təyyarələr və artilleriya ilə aramsız bombardman edilir.

Xanım Vereşşuk AFP xəbər agentlıiyinə deyib ki, zavodda təcili evakuasiyaya ehtiyacı olan yüzlərlə ağır yaralanmış hərbçi var.

Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, hazırda Mariupol şəhərinin hərbi yolla mühasirədən çıxarılması qeyri-mümkündür və yaralıların oradan təxliyəsi üçün hazırlıq görülür.

XS
SM
MD
LG