Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:17

Birləşmiş Ərəb Əmirlikləri İsraili tanıdı


Donald Trump avqustun 13-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında razılaşma mərasimində
Donald Trump avqustun 13-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında razılaşma mərasimində

ABŞ prezidenti Donald Trump avqustun 13-də bəyan edib ki, İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aralarındakı münasibətlərin normallaşdırlmasına dair razılığa gəliblər.

BBC-nin xəbərinə görə, Trump, İsrailin baş naziri Benjamin Netanyahu və Abu Dabinin vəliəhd şahzadəsi Mohammed bin Zayedin birgə bəyanatında deyilir ki, onlar “bu tarixi qərarın Yaxın Şərqdə sülhü inkişaf etdirəcəyinə ümid edirlər”.

Bu razılaşmasının şərti olaraq İsrail Qərb sahilinin işğal olunmuş geniş ərazilərinin ilhaqı planlarını ləğv etməlidir.

İndiyədək İsrail və BƏƏ arasında diplomatik münasibətlər olmayıb.

Buna baxmayaraq İranın regional təsirindən ortaq narahatlıq tərəflər arasında qeyri-rəsmi əlaqələrin yaranmasına səbəb olub.

Trump-ın bəyanatından dərhal sonra Netanyahu yazdığı tvitdə hadisəni “tarixi gün” adlandırıb.

BƏƏ-nin ABŞ-dakı səfiri Yousef Al Otaiba deyib ki, razılaşma “həm diplomatiyanın, həm də regioun qələbəsidir”:

“Bu ərəb-İsrail münasibətlərində əhəmiyyətli irəliləyişdir, gərginliyi azaldacaq və pozitiv dəyişiklik üçün yeni enerji yaradacaqdır”.

Bu, İsrail 1948-ci ildə müstəqilliyini elan edəndən bəri onun hər hansı ərəb ölkəsi ilə üçüncü razılaşmasıdır. Belə bir razılaşma Misirlə 1979-cu, İordaniya ilə 1994-cü ildə imzalanıb.

XS
SM
MD
LG