Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:33

“Azərbaycanda bank bağlandısa, bil ki pulun batdı”


Karikatura
Karikatura

►Ekspert: “Pulu batanlar Mərkəzi Bankı məhkəməyə verə bilərlər”

Ukraynada məhkəməsi ölkənin Mərkəzi Bankını təqsirkar sayıb. Qurum “Ukrqazprombank”ın müflisləşməsinin qarşısını almadığına görə cəzalandırılıb. Ukraynanın baş bankı daha öncə “Brokbiznesbank”n iflasında təqsirli bilinib. İflasa uğrayan hər iki bank kommersiya bankı olub.

Mərkəzi Banka qarşı son iddianı və Ukraynanın baş bankını əmanətçisi olduğu “Ukrqazprombank”a gərəyincə nəzarət etməməkdə ittiham edib. Əmanətçinin fikrincə, məhz qeyri-qənaətbəxş nəzarət ucbatından əmanətini saxladığı bank müflisləşib və onun pulunu batırıb.

Ukrayna məhkəməsinin qərarı əmanətçilərə batan pullarını MB-dən tələb etmək imkanı verir.

“Azərbaycanda bank bağlandısa, bil ki pulun batdı”

Azərbaycanda da oxşar hallar yaşanır, amma indiyədək nə hüquqi, nə də fiziki şəxslər cəzalanır. Əvəzində, maliyyə durumu pisləşən “Beynəlxalq Bank”a və “Bank Standard”a yardım əli uzadılır.

____________________________________________________________

Bunlara da bax:
Muradbulaqda məktəb – yük vaqonu
Hafiz Məmmədov: «Mənə zərbəni Eldar Mahmudovun oyunları vurdu»

____________________________________________________________

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov bağlanan və ya batan banklara görə, Azərbaycanda da MB-nin məsuliyyət daşıdığını deyir:

“Ölkədə indiyədək müflisləşən bankların fəaliyyətinə MB nəzarət edib. Nəzarətin yarıtmazlığı nəticəsində həmin banklarda, xüsusən “Royal Bank” və “Texnikabank”da əhalinin və sahibkarların xeyli vəsaiti batıb. Həmin bankların olan-qalan əmlakını MB-nin təşəbbüsü ilə təyin olunmuş ləğvedicilər qeyri-şəffaf idarə edir və oradan müştərilərə heç nə çatmır. Ləğvedici, faktik olaraq, əmlakı istədiyi kimi xərcləyir. Bir sözlə, bizdə bank bağlandısa, bil ki pulun batdı!”.

“Necə olur ki...”

Ekspertin sözlərinə görə, yenicə sağlamlaşdırılmağa başlanan “Bank Standard” da daxil, ölkədəki bütün bankların müflisləşməsinə görə MB cavabdehdir:

“Bu səbəbdən, orada pulu batmış şəxslər Ukrayna örnəyini əsas götürüb, MB-ni məhkəməyə verə bilərlər. Haqqınızı tələb edin! Necə olur ki, MB-nin törəməsi olan banklar bir neçə yüz manat borcu olanın dərisinə saman təpir, amma MB-nin və bankların əməlləri ucbatından batan yüz milyonlarla manat pul qanuni yolla geri tələb edilmir?”

XS
SM
MD
LG