Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:54

Həbsxanada özünü asdığı deyilən bloqqer dəfn olunub (Video)


Mehman Qələndərovun məzarı
Mehman Qələndərovun məzarı

Bloqqer Mehman Qələndərov gizli dəfn edilib

Hüquq müdafiəçiləri Taleh Xasməmmədov və Oqtay Gülalıyev bloqqer Mehman Qələndərovun gizli dəfn edildiyini bildiriblər. Onlar 4 qəbiristanlıqda axtarışdan sonra Mehman Qələndərovun qəbrini Kürdəxanı təcridxanasının yanındakı qəbristanlıqda tapa biliblər. Mərhum valideyinlərinin yanında dəfn olunub.

Mehman Qələndərov dəfn edilib
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

​“Xəlvəti olaraq dəfn edilib. Mərhumun yas mərasimi belə olmayacaq. Bu da haqq-ədalət uğrunda mücadilə aparan siyasi məhbus həyatının acı sonluğu... Allah rəhmət eləsin!”, bunu isəT.Xasməmmədov yazıb.

Xatırladaq ki, M. Qələndərovun aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilir

Prokurorluq bloqqerin ölümü ilə bağlı məlumat yaylb

Bloqqer Mehman Qələndərovun təcridxanada ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Azərbaycan Baş Prokurorluğu
Azərbaycan Baş Prokurorluğu

Məlumata görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, məhkəmə tibbi ekspertizası təyin olunub.

XATIRLATMA

Bu il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

Həbs günü M.Qələndərov “Facebook” səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazan Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib- red.) kimi olaq. Qul olma!”

Bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.

Nəsimi Rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.

M.Qələndərov 1977-ci il mayın 23-də Bakıda anadan olub. Dövlət İdarəetmə Akademiyasını psixologiya ixtisası üzrə bitirib. O, Bakı və Tbilisidə hökumət əleyhinə mitinqlərdə iştirak edib.

2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından biri olub.

Sosial şəbəkələrdə hakimiyyəti tənqid edib, ölkə rəhbərliyinin karikaturalarını çəkərək “Facebook” səhifəsində dərc edib.

XS
SM
MD
LG