Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:06

Bayden Putin və Ərdoğanla qırmızı xətt çəkə biləcəkmi – Qərb mediası


Co Bayden (solda) və Rəcəb Tayyip Ərdoğa, 2016-cı il
Co Bayden (solda) və Rəcəb Tayyip Ərdoğa, 2016-cı il

“The Washington Post” qəzeti Baydenin prezident vəzifəsində xaricə ilk səfəri zamanı işinin asan olmayacağını yazır

Bu gün – iyunun 14-də ABŞ Prezident Co Baydenin Brüsseldə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşü gözlənir.

“The Washington Post” qəzeti Baydenin prezident vəzifəsində xaricə ilk səfəri zamanı işinin asan olmayacağını yazır. İyunun 16-da onun Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənir. Qəzet qeyd edir ki, keçmiş prezident Donald Tramp hər iki prezidentlə yanlış davranır, onların avtokratik idarəçilik üsuluna pərəstiş edir, ölkədaxili repressiyalarına isə göz yumurdu.

“Cənab Baydenin ən çətin vəzifəsi bir çox hallarda Birləşmiş Ştatlara qarşı işləmiş iki idarəçi ilə qırmızı xətt çəkməsi olacaq. Onun bazar ertəsi görüşəcəyi Ərdoğan Suriyada ABŞ-ın dəstəklədiyi kürd qüvvələri ilə müharibə aparıb, Azərbaycanın Ermənistana qarşı son müharibəsini dəstəkləyib. O, Rusiyadan havadan müdafiə sistemi almaq planlarından əl çəkməyib...”, – yazan qəzet Ərdoğanın Vaşinqtona barışıq əli uzatması haqda söz-söhbət olduğunu qeyd edir. O, ABŞ və NATO qüvvələri Əfqanıstandan çıxandan sonra beynəlxalq aeroporta mühafizə təklif edir.

“Bu, ABŞ-ın maraqlarına uyğundur. Amma Bayden Türkiyə liderinə deməlidir ki, siyasətində dəyişiklik etməsə, mövcud sanksiyalara möhlət verilməyəcək. Gələcək münasibətlər isə 2023-cü ildə seçkilərin azad və ədalətli keçirilməsindən asılı olacaq”, – məqalədə deyilir.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. 10 noyabr atəşkəs razılaşması ilə Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ərdoğanın gözləntisi

Ərdoğan isə düşünür ki, Baydenlə görüşdən tərəflər keçmiş problemləri kənara qoymaqdan ötrü istifadə etməlidirlər. Bu sıraya Ankaranın Rusiyadan S-400 sistemləri almasıyla bağlı narazılıq da daxildir. Bu haqda “Reuters” yazır.

Ərdoğan Brüsselə yola düşməzdən öncə deyib ki, Vaşinqtondan “qeyd-şərtsiz yanaşma” gözləyir. O, Ağ evin 1915-ci ildə ermənilərin Osmanlı imperiyası dövründə kütləvi öldürülməsinin “soyqırımı” kimi tanımasımı da qaldıracağını deyib. Daha bir problem isə ABŞ-ın Türkiyəni F-35 qırıcı proqramından çıxarmasıdır.

“Xeyli daxili və xarici qeybət olub, ona görə də biz bu əngəlləri geridə qoymalı, nə edə biləcəyimiz və nə edəcəyimiz barədə danışmalıyıq. Türkiyə hər hansı bir ölkə deyil – müttəfiq ölkədir”, – o, bazar günü İstanbul aeroportunda deyib.

“NATO müttəfiqinin alyansa dəxli olmayan məsələdəki mövqeyi, ermənilərin məsələsi bizi narahat və məyus etdi. Baydenə bunu xatırlatmadan davam etmək mümkün deyil”, – Ərdoğan vurğulayıb.

Ankara Osmanlı imperiyası dövründə xeyli sayda erməninin öldürülməsini qəbul edir, amma bunun sistematik baş vermədiyini, soyqırımı olmadığını bildirir.

“Birləşmiş Ştatlardan qeyd-şərtsiz yanaşma görməliyik, ‘amma’larsız, bu, NATO çərçivəsində əməkdaşlığa və onun gücünə töhfəsini verər”, – o əlavə edib.

Vaşinqtonun mövqeyincə, Rusiyanın S-400 sistemləri NATO-nun müdafiəsinə və F-35 qırıcılarına uyğun deyil. Ankara isə bu narahatlığı əsassız sayır.

XS
SM
MD
LG