Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:44

Heykəltəraş: 'Onlar bisavadlıq edib, 'gül bayramı' yerinə 'qul bayramı' yazıblar'


Xalq rəssamı, heykəltəraş, Rəssamlar İttifaqında heykəltəraşlar bölməsinin sədri Xanlar Əhmədov
Xalq rəssamı, heykəltəraş, Rəssamlar İttifaqında heykəltəraşlar bölməsinin sədri Xanlar Əhmədov

Heykəltəraş heykələ şüar yazan gənclərin cəzalandırılmasına münasibət bildirdi: “Məncə, bu cəza da ağırdır. Ola bilər cavanlıqlarına salıblar, amma düzgün hərəkət deyil”

Xalq rəssamı, heykəltəraş, Rəssamlar İttifaqında heykəltəraşlar bölməsinin sədri Xanlar Əhmədov AzadlıqRadiosu-na müsahibə verib.

– Xanlar bəy, başqa ölkələrdə heykələ yazı yazdığına görə kimisə cəzalandırırlar?

– Heykələ yazı yazmaq? Yəni müdaxilə edirlər?

Buna da bax:​ Amnesty: “Gənclərə ittihamlar uydurmadır”

– Tutalım, heykəlin üzərinə şüar yazırlar, etirazlarını bildirirlər...

– Vallah, mən dəqiq bilmirəm. Hüquqşünaslar bilər. Amma heykələ şüar yazılması yaxşı hal deyil. Müdaxilədir... Bir az məni çətin vəziyyətdə qoydunuz...

– Bu günlərdə iki gənc narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Hərçənd, özləri ittihamı saxta sayırlar. Deyirlər ki, bu ilin mayında gül bayramı günündə Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazdıqlarına görə belə sərt cəzalandırılıblar...

– Onlar bisavadlıq ediblər də, “gül bayramı” yerinə “qul bayramı” yazıblar. Bəlkə ola bilər savadsızlıqdan səhv ediblər. Bilmirəm, vallah. Əlbəttə, bu yaxşı hal deyil. Heykələ şüar yazılmamalıdır. Heykəlin altında müəllifin nəzərdə tutduğu yazı var, o yetər. Hərə heykələ öz fikrini yazsa, nə olar bu?

Buna da bax: «İttihamlar, görünür, qraffitiyə cavab olub»

– Yəqin bu da etirazın bir formasıdır, o yazı onsuz da silinib gedəcək, ancaq bir şüara görə bu qədər sərt cəza vermək nə qədər ədalətlidir?

– Əlbəttə, sizin dediyiniz də doğrudur. Məncə, bu cəza da ağırdır. Ola bilər cavanlıqlarına salıblar, amma düzgün hərəkət deyil. Heç bir halda müdafiə ediləsi hərəkət deyil. Yəni bu böyük səhvdir, qədim dillə desək, böyük qələtdir.

– Necə bilirsiz, polisin heykəlləri qorumasına ehtiyac varmı?

– Qorunmalıdır heykəllər. Cavabdehlər var, bələdiyyə var... Hərə gəlib heykəlin başına bir ip atıb, salsın yerə, fırlatsın, nə olar onda?

– Ancaq 24 saat bir heykələ polisin nəzarət etməsi, qoruması düzgündür? Bu heykəl və ya heykəli qoyulan şəxs haqda hansı təsəvvürü yaradar?

– İnsanların da öz zadları olmalıdır... Belə də, nə bilim vallah. Hər kəs gəlib heykələ nə istəsə edə bilməz, axı. Heykəl də xalqın sərvətidir.

Buna da bax:​ Avropa İttifaqı gənc fəalların işi ilə bağlı Bakıdan tələb edir

– Sovet dönəmində də heykəllər qorunurdu?

– O zaman belə məsələ qalxmamışdı ki, kimsə bunu qorumalıdır, yanında bir milis durmalıdır. O da mümkün deyil, axı. Hər heykəlin yanında bir milis, ya da bir polis dayana bilməz. Şüur olmalıdır. Problem varsa, şüurla həll olunmalıdır.

– Xanlar bəy, son zamanlar Azərbaycanda qoyulan heykəllər haqda nə düşünürsünüz?

– Heykəllər qoyulur, düzdür. Ancaq qabaq bizdə bədii şura vardı, cavabdeh insanlar vardı, fikir söyləyənlər vardı. İndi yoxdur. Ona görə də səviyyə düşüb aşağı. Belə də...

– Belə anlamaq olar ki, son zaman qoyulan heykəllər ürəyinizcə deyil?

– Çoxu yox.

Buna da bax:​ Beynəlxalq qurumlar gənclərə hökmü qınayır

– Məsələn, Koroğlunun heykəli qoyuldu, çox da tənqid edildi. Siz nə düşünürsünüz?

– Müəllif heykəli hazırlayanda, öz fikrimi çatdırmışdım ona, emalatxanamız qonşudur, ancaq qəbul etmədi. Ona görə sonra baş qoşmadım. Müəllif özü yorulur, gözü artıq görmür yaratdığını. Qıraqdan baxansa dərhal səhvini görür, çatdırır. Buna görə bədii şura çox yaxşıdır. Amma indi yoxdur belə şey, söz də deyəndə qəbul etmirlər. Ona görə səviyyə də düşüb.

– Kimə heykəl qoyulmalıdır, sizcə? Yəqin sizin də düşüncələriniz var...

– Mənim emalatxanam doludur heykəllə. Bunlar arxa plan üçündür. Məsələn, Pənah xanın, generallarımız Şıxlinski, Mehmandarovun heykəllərini qoymaq istərdim. Hazırlamışam da. Bunlar örnəkdir, bunların Bakıda heykəli olmalıdır. Amma yoxdur. Hələ ki, tərpəniş də yoxdur...

Buna da bax:

"Azərbaycan gəncliyini zülmətə salmısız"
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

XS
SM
MD
LG