Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:45

Əli Kərimlinin müavini Gözəl Bayramlını məhkəməyə qara maskalılar gətirdi


Gözəl Bayramlı məhkəməyə gətirildi
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Gözəl Bayramlı məhkəməyə gətirildi

Gözəl Bayramlı qaçaqmalçılıqda günahlandırılır

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının saxlanması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 25-i G.Bayramlı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanıb:

«G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb».

Məlumatda vurğulanır ki, ilkin araşdırmalarla mayın 24-də Azərbaycandan Gürcüstana gedərkən onun üzərində bəyan edilməli olan nağd pul vəsaiti müəyyən edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AXCP-dən verilən açıqlamaya görə isə, G.Bayramlı saxlanarkən bildirib ki, hüquq-mühafizə əməkdaşlarını özləri onun əşyalarının arasına «nəsə» atıblar.

Partiya bunu qadın siyasətçinin şərlənməsi kimi dəyərləndirir.

A.Həsənova: «Gözəl Bayramlı dedi ki...»

«Gözəl Bayramlı ilə birlikdə mayın 24-də müalicə məqsədilə Gürcüstana getdik. Müayinələrdən keçəndən sonra lazımı dərmanlar yazıldı və mayın 25-də geri qayıtdıq».

Bunu mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən Sınıq Körpü sərhəd-keçid məntəqəsində saxlanan AXCP sədrinin müavini G.Bayramlı ilə səfər yoldaşı olmuş Almaz Həsənova deyib.

A.Həsənovanın deməsinə görə, yoxlama zonasından tez keçib, amma G.Bayramlını görməyib. Elə hesab edib ki, G.Bayramlı Bakıya qayıtmaq məqsədilə avtomobil saxlamağa gedib. Amma həmin yerdə G.Bayramlını görməyib:

«Sonra geri qayıtdım, buraxmaq istəmirdilər, qapılar da bağlı idi. Bu hadisə mayın 25-i axşam saat 8 radələrində baş verib, xeyli gözlədim. Gözəl xanımın əşyalarını yoxlayırdılar. Daha sonra Gözəl xanım çıxdı və dedi ki, onun əşyaları arasına nəsə atdılar və sonra Gözəl xanımı apardılar».

A.Həsənova deyir ki, mayın 26-sı səhər saat 4-ə kimi Sınıq Körpü sərhəd-keçid məntəqəsində G.Bayramlının qayıdacağını gözləyib:

«Bu ümidlə orada gözləyirdim, amma sonra kim idisə mənə dedi ki, nahaq gözləməyim, oradan kimsəni buraxmayacaqlar».

A.Həsənova deyir ki, G.Bayramlının Şəmkirə aparılmasından xəbər tutub. Hadisələrin sonrakı gedişindən xəbəri yoxdur.

G.Bayramlı
G.Bayramlı

Vəkil cinayət işinin açıldığını deyir

Vəkil Elçin Sadıqov isə bildirib ki, artıq G.Bayramlı ilə bağlı cinayət işi açılıb. Amma vəkil cinayət işinin detallarından xəbərsiz olduğunu bildirib.

Bakıya gətirilib

Dünən, mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən Sınıq Körpü sərhəd-keçid məntəqəsində saxlanan AXCP sədrinin müavini Gözəl Bayramlının Bakıya gətirildiyi bildirilir.

Bu barədə o özü partiya yoldaşlarına bilgi verib.

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin deməsinə görə, G.Bayramlı saxlansa da, ona bu bilgini partiya yoldaşlarına çatdırmağa imkan veriblər.

«Hələ ki, başqa heç nə öyrənə bilməmişik»,-deyə N.Məmmədli vurğulayıb.

Qaçaqmalçılıq?

«Gözəl Bayramlı ilə bağlı yalnız məlum olan budur ki, mayın 25-də Gürcüstandan müalicədən qayıdarkən saxlanılıb. Bundan artıq hər hansı informasiya yoxdur».

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

Ə.Kərimli deyib ki, durumu öyrənməkdən ötrü AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Məclis üzvü Vahid Məhərrəmli və daha bir xanım hadisə yerinə gedirlər.

«Bizə çatan son informasiya görə, G.Bayramlını Qazax Sınıq Körpü sərhəd-keçid məntəqəsindən Şəmkirdəki sərhəd qoşunlarının qərargahına aparıblar. Hələ ki, yoldayıq».

Bunu isə AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib.

N. Məmmədli deyib ki, bu da G.Bayramlıya qaçaqmalçılıqla bağlı ittiham irəli sürüləcəyinə oxşayır:

«Adətən belə məsələlər sərhəd qoşunlarında rəsmiləşdirilir, daha sonra isə digər dövlət qurumlarına təhvil verilir».

G.Bayramlının saxlanmasının səbəbi barədə rəsmi qurumlar, hələ ki, hər hansı açıqlama verməyiblər.

Azərbaycan Sərhəd Qoşunlarından baş verənlərin səbəbini öyrənməyə çalışsaq da, bu nəticə verməyib.

Xatırlatma

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Bu barədə AXCP sədri Ə.Kərimli məlumat yayıb. Hadisə ilə bağlı hakimiyyətə müraciət edən AXCP sədri qadın siyasətçi şərlənərsə, bunun pis nəticələr verə biləcəyini söyləyib.

XS
SM
MD
LG