Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:51

Yaponiya səfirinin bacısının adı gedən məhkəmə


BDU
BDU

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə bu fakültənin tələbəsi Zəka Mirağayevin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Bu məqsədlə də o, tələbənin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Buna da bax:​ BDU 'dekan müavini' olayı ilə bağlı açıqlama verəcək

SƏFİRİN BACISINA BÖHTAN ATILIR?

Mirağayev fakültədə “Dinşünaslıq” ixtisası üzrə dördüncü kursda təhsil alır. O, bir sıra media orqanlarına müsahibəsində, həmçinin sosial şəbəkələrdə fakültədə rüşvət hallarından və dekan müavini Nigar İsmayılzadədən, onun tələbələri təhqir edib alçaltmasından bəhs edib. O, həmçinin fakültədə baş verənlərin, o cümlədən dekan müavini Nigar İsmayılzadə haqda yazdıqlarının araşdırılması üçün Heydər Əliyev Fonduna Təhsil Nazirliyinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

Zəka Mirağayev mediaya ünvanladığı şikayət məktubunda yazır ki, Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. Onun iddiasına görə, İsmayılzadələrin güvəndiyi əsas adamlardan biri 2015-ci ilin dekabrında həbsdə intihar etmiş MTN polkovniki İlqar Əliyevdir.

Buna da bax: Jurnalistika tələbələrinin kütləvi kəsilməsi nəylə bağlıdır? [yenilənib]

Tələbənin şikayət məktubunda yazdığı fikirlər Nigar İsmayılzadənin məhkəməyə iddia ərizəsində də yer alıb. Dekan müavini yazılanların böhtan olduğunu bildirir.

VƏKİLDƏN İMTİNA EDİB

İsmayılzadə iddia edir ki, onun haqqında tədbir görülməsi üçün fakültənin tələbələri adından BDU-nun rektoru Abel Məhərrəmova ünvanlanmış müraciət də həqiqətə uyğun deyil. Dekan müavininin iddiasına görə, Zəka Mirağayev başqa tələbələri aldadıb, boş kağıza imza atdırıb, sonra da özü mətni əlavə edib.

Dekan müavininin tələbəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov baxır. Məhkəmənin hazırlıq iclasında Zəka Mirağayev ona iddia ərizəsinin surəti təqdim olunmayıb, ona görə də nədə təqsirləndirildiyi aydın deyil. Tələbə həmçinin ona çağırış vərəqəsi göndərilməməsi, məhkəmə haqda zəng, SMS vasitəsilə xəbər tutmasına da etiraz edib.

Buna da bax:​ Rektor 13 tələbəni qəbul edib

Mirağayevin cinayət məsuliyyətinə cəlb olunması tələb edildiyindən, qanuna görə, məhkəmədə onun hüquqlarını vəkil müdafiə etməlidir. Bu səbəbdən tələbəyə dövlət hesabına vəkil təyin olunsa da, o, imtina edib. Bildirib ki, özü seçdiyi vəkillə müqavilə bağlayacaq.

Zəka Mirağayevin iddia ilə tanış olması üçün məhkəmənin hazırlıq iclası mayın 2-nə qədər təxirə salınıb.

BDU-DA KOMİSSİYA YARADILIB

Zəka Mirağayev AzadlıqRadiosu-na bildirib ki, istər dövlət orqanlarına, istərsə də mediaya ünvanladığı şikayət məktublarında yazdıqlarının hamısı həqiqətdir. Tələbələri aldadıb boş vərəqə imza atdırması haqda deyilənləri yalanlayan tələbə deyir ki, ola bilsin, hədə-qorxulara görə bəzi tələbələr indi yazdıqlarını inkar edirlər.

Buna da bax: Qafqaz Universitetinin tələbələri fikirlərinin təhrif olunduğunu deyir

Fakültədə baş verənlərin, həmçinin dekan müavini haqqında söylənilənlərin araşdırılması məqsədilə BDU-da komissiya yaradılıb. Komissiyanın hazırladığı arayışda yazılıb ki, Nigar İsmayılzadə ilə bağlı fikirlər təsdiqini tapmayıb.

Zəka Mirağayev isə deyir ki, komissiyanın hazırladığı arayış obyektiv deyil, sadəcə, universitetdə olanları ört-basdır eləmək məqsədi güdür.

Mirağayevin sözlərinə görə, Təhsil Nazirliyində də, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində də onun yazdığı şikayət məktubları ilə əlaqədar araşdırma gedir.

XS
SM
MD
LG