Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:58

Qərb yeni sanksiyalar qoyur, Lukaşenka hədələyir


Belarusun Xarici İşlər Nazirliyi son sanksiyalarla əlaqədar bəyan edib ki, Minsk “sərt və qeyri-simmetrik” cavab verəcək

Avropa İttifaqı, ABŞ və onun əsas Qərb müttəfiqləri iddia edilən antidemokratik davranışa, insan haqları pozuntularına və avtokrat Alyaksansdr Lukaşenkanın miqrantlardan öz məqsədlərinə görə istifadəsinə cavab olaraq Belarusun siyasi və iqtisadi elitası üzərinə sanksiyaları genişləndirib.

Avropa İttifaqı dekabrın 2-də nazirlər şurasının iclasında ötən ilin avqustunda Lukaşenkanın mübahisəli şəkildə prezident seçilməsindən bəri Belarusun üzərinə sayca beşinci sanksiya paketini elan edib.

Son aylarda Lukaşenka rejimi Yaxın Şərqdən minlərlə miqrantı ölkəyə gətirərək Polşa sərhədinə yığır. Brüssel bidlirir ki, Lukaşenka Polşa ilə sərhəddə böhran yaratmaqla üzərinə qoyulan sanksiyaların qisasını alır.

Belarusun Xarici İşlər Nazirliyi son sanksiyalarla əlaqədar bəyan edib ki, Minsk “sərt və qeyri-simmetrik” cavab verəcək.

Avropa İttifaqının son sanksiyaları 17 fərdi və 11 vahidi hədəfləyir. Bu fərd və vahidlərin Belarusun Avropa İttifaqı ilə sərhədində miqrant böhranı yaradılmasında iştirak etdikləri düşünülür.

Aİ indiyədək sanksiyalarla Belarusun 183 vətəndaşını və 26 şirkət və təşkilatını hədəfləyib.

ABŞ və Qərbin sanksiyaları

Britaniya, Birləşmiş Ştatlar və Kanada da Belarus şirkətləri üzərinə öz sanksiyalarını elan ediblər. Bu şirkətlərin arasında potaş gübrəsi sahəsində qlobal lider olan Belaruskali də var. Bu şirkətin aktivləri tam dondurulub.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiyaların 5-ci paketi 20 fərdi, 12 şirkəti və üç təyyarəni hədəfləyir.

ABŞ habelə Lukaşenkanın üçüncü oğlu Dzmitrini və onun 2005-ci idən sədrlik etdiyi idman klubunu da qara siyahıya salıb.

​Britaniya sanksiyaları da Belarusun əsas valyuta gəliri mənbəyi olan Belaruskali şirkətini hədəfləyib.

Qərbin yeni sanksiya siyahısında ​Belavia aviaşirkəti, Belarus sərhəd xidmətinin yülsək rütbəli rəsmiləri, hüquq-mühafizə orqanlarının zabirtləri, hakimlər, prokurorlar və Lukaşenka rejiminin “təbliğatçıları” var.

Avropa İttifaqının bundan əvvəlki sanksiyaları Lukaşenka və onun iki oğluna tətbiq edilib.

Lukaşenka Avropa İttifaqını miqrantları qəbul etməməklə beynəlxalq humanitar qanunu pozmaqda ittiham etsə də, 2000-dək miqrantı sərhəddən çəkərək yaxınlıqdakı anbarda yerləşdirib.

XS
SM
MD
LG