Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:49

Berdimuhamedovla Pashinian da Moskvaya getməkdən imtina edib


Moskvada paradla bağlı məşqlər, arxiv foto
Moskvada paradla bağlı məşqlər, arxiv foto

Azərbaycan prezidenti İlham Əliyevdən sonra Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhamedov və Ermənistanın baş naziri Nikol Paşinian da Moskvada keçiriləcək parada qoşulmaqdan imtina ediblər. Məlumata görə, üç nəfərdən ikisi Moskvaya getməmələrini koronavirusla, Ermənistanın baş naziri isə özü koronavirusla bağlı karantinə alınmasını əsas gətirib.

Amma Türkmənistan prezident Moskvaya səfərdən imtinanı iyunun 29-da ölkədə doğum gününün 63 illiyi ilə bağlı tədbirlərin olması ilə əaqələndirib.

Məlumata görə, Türkmənistanda 63 yaş Məhəmməd peyğəmbərin yaşına çatma hesab olunur və bu yaşada olan adam öz doğum günündə ailəsi və yaxınlarının yanında olmalıdır. Səfər edəcəyi halda isə o Moskvadan geri dönəndən sonra karantinə alınmalıdır. AzadlıqRadiosunun Türkmənistan xidmətinə görə isə Berdimuhamedov və onun hökuməti koronavirusla əlaqəli tədbirlərə məhəl qoymur.

Ermənistanın baş naziri Nikol Paşinian cümə günə səfərdən imtina etdiyini açıqlayıb və bunu koronavirusla bağlı Ermənistandakı ağır vəziyyətlə əlaqələndirib. AzadlıqRadiosunun məlumatına görə, baş nazirin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda "Mövcud epidemioloji vəziyyət mənim bu səfəri rellaşdırmama imkan vermir" qeyd edib.

Bundan bir gün əvvəl Azərbaycan prezidenti Rusiyalı həmkarı ilə telefonla danışaraq Qələbə paradında iştirak edə bilməyəcəyini deyib. O, bu paradda Azərbaycanın müdafiə nazirinin və bir qrup hərbçisinin iştirak edəcəyini vurğulayıb.

Lap əvvəl isə eyni dəvətdən Çexiyanın prezidenti Milosh Zeman da imtina edib, O da bu imtinanı artıq Rusiyada koronavrusla bağlı epidemiloji vəziyyətin gərginləçməsi ilə əlaqələndirib.

İkinci dünya müharibəsinin bitməsinin 75-ci ildönümü ilə bağlı Moskvada qələbə paradı iyunun 24-nə təyin edilib. İyunun 11-də Rusiyanın xarici işlər naziri Serqey Lavrov bu dəvəti 12 dövlət başçısının qəbul etdiyini və onlardan da çoxunun MDB dövlət başçıları olduğunu deyib. Moskva hərbi paradın əvvəlcə mayın 9-da keçiriləcəyini bəyan etsə də sonradan pandemiya ilə bağlı tədbirin keçirilmə tarixi iyunun 24-nə təyin edilib.

XS
SM
MD
LG