Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:56

“Ya torpaqlarımıza qayıdaq, ya da imkan versinlər, tualet tikək”


İllüstrasiya
İllüstrasiya

►“23 ildir köçkünük, elə dururuq tualet tikməyə, deyirlər, “olmaz”. A balam, niyə? Deyirlər, “siz burda müvəqqəti məskunlaşmısınız”.

Oğlum doğulandan, ayıb da olmasın, tualetə qamış dibinə gedirik, böyüyüb, əsgər gedib gəlib, yekə kişi olub, evlənib, hələ də qamış dibinə gedir. Hələ də deyirlər, “tualet tikmək olmaz, siz burda müvəqqətisiz”. Bunun harası müvəqqəti oldu?”

Beyləqanda keçmiş “Kəndtikinti” ASC-nin ərazisində məskunlaşan Füzuli köçkünlərinin səbir kasası daşıb.

AzadlıqRadiosuna problemlərindən söz açan köçkünlərin deməsinə görə, uzun illərdir məskunlaşdıqları əraziyə nə “Qaçqınkom”dan, nə də yerli icra hakimiyyətindən baş çəkib yaşayışları ilə maraqlanan yoxdur.

Daha doğrusu, yalnız tikinti aparmaq istədikləri vaxtlarda sahə müvəkkili icra hakimiyyətinə xəbərləyir, qurumun işçiləri əraziyə tökülüşüb tikintinin qarşısını alırlar. Köçkünlərsə deyirlər, məqsədləri villa tikmək deyil, təbii ehtiyaclarını ödəməyə tualet, torpağın üstündə yatmamaq üçün daldanacaq düzəltmək istəyirlər ki, buna da illərdir imkan verilmir.

Köçkün Ədalət İsmayılov:

“Bura əvvəllər “Kəndtikiti”nin olub. Məskunlaşdığımız müddətdə nə vardısa, söküb daşıyıb apardılar. Buralar xarabaya çevrildi. Burda yaşamaq insanların həyatına təhlükəlidir. Yəni it itliyi ilə buralara hərlənmir. Bir azyaşlı uşağımız betonun altında qalıb ölüb. Torpağın üstündə yatırıq, toz-torpağın içərisində yerdən süfrə açırıq. Lap ictimai quruluş dövründəki kimi... Bunu görə-görə, daşı daş üstünə qoyan kimi gəlib dağıdırlar. Deyirlər, “ev tikmək olmaz”. Biz villa tikmirik ki... Başımızın üstünü örtməyə daldanacaq tikmək istəyirik. Neyləyək? 21-ci əsrdə qamışdan hörək? Vallah, gəlib “qanunsuzdur” deyib onu da uçuracaqlar”.

“İTİ BAĞLASAN, QALMAZ”

Köçkün Asya Həsrətova danışır:

“Qaldığımız yerdə iti bağlasan, qalmaz. İstəmirəm, tikmirəm, versin torpağımı, qaytarsın məni evimə. 71 yaşım var, qamışların arasında vanna qoyub çimirəm. Qız uşaqları da eləcə... Bəs namus, qeyrət harda qaldı? Bizə hamam, tualet tikməyə də icazə vermirlər. İcra hakimiyyətinin işçilərini yığıb gətirib töksünlər yaşadığımız yerə, görüm neçə saat davam gətirərlər?”

____________________________________________________________

Bunlara da bax:
Üzeyir Cəfərli: “O görüntülərdə qeyri-adi heç nə yoxdur”
''Heydəristan'ı fransızca yazacam'

____________________________________________________________

Köçkünlərin deməsinə görə, yay-qış işıqsız qalırlar. Səbəbsə elektrik xətlərinin qırıq-qırıq olmasıdır.

“ƏRAZİNİN SAHİBİ VAR”

İyunun 16-da Köçkünlər rayonun mərkəzi yolunu kəsərək rəhbərlikdən problemlərinin dinlənməsini və əncam çəkilməsini tələb ediblər.

Beyləqan rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, köçkünlərin problemləri dəfələrlə “Qaçqınkom”a çatdırılıb: “Komitəylə bir daha danışıqlar aparıb məsələni araşdırmağa çalışacağıq”.

Tikintiyə gəlincə, qurumdan bildiriblər ki, həmin ərazinin sahibi var, sadəcə, ərazi köçkünlər tərəfindən zəbt olunub. Köçkünlər üçün yaşayış yerləri tikiləndən sonra ərazidən köçürüləcəklər.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)

“Azadlığa buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir.”
Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 iyun)

“Formula-1”ə 300 milyon xərclənib?
'Formula-1'ə büdcədən 300 milyon xərclənir?
Gözlə

No media source currently available

0:00 0:15:58 0:00
XS
SM
MD
LG