Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

400 milyon manatlıq kredit qaytarılıb - Beynəlxalq Bank işi


►Samir Şərifov: “Beynəlxalq Bank hələ özəlləşdirməyə hazır deyil"

“Beynəlxalq Valyuta Fondu ilə danışıqlar Azərbaycandan ötrü mütəmadi xarakter daşıyır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlara gəldikdə, Azərbaycan bu təşkilatların da üzvüdür. Şübhəsiz ki, biz müxtəlif layihələrin həyata keçirilməsini müzakirə edirik. O cümlədən, bu təşkilatlardan kreditlər cəlb olunur”.

Maliyyə naziri Samir Şərifov “Turan” agentliyi və "Amerikanın Səsi"nə müsahibəsində beynəlxalq maliyyə quruluşları ilə danışıqları şərh edərkən belə deyib.

Nazir beynəlxalq quruluşlardan cəlb edilən kreditlərin yalnız neft sektoruna yönəldilməsi ilə bağlı fikirlərlə razılaşmadığını bildirib.

Samir Şərifov Beynəlxalq Bankın özəlləşdirilməsi mövzusuna da toxunub. Onun deməsinə görə, bank buna, hələ, hazır deyil:

“İlkin mərhələdə bankın sağlamlaşdırılması istiqamətində işlər həyata keçirilir. Bu işlər Azərbaycan prezidentinin sərəncamına uyğun görülür. Görülən tədbirlər başa çatdıqdan dərhal sonra müvafiq maliyyə məsləhətçiləri cəlb ediləcək. Beləliklə, bankın özəlləşdirməyə açıq olması mümkün olacaq ”

Nazir bank sektorundakı problemli kreditlərin qaytarılmasından ötrü xüsusi tədbirlərin görüldüyünü bildirib.

“Bu tədbirlərdə bəzi hallarda həm də hüquq-mühafizə orqanları iştirak edir. Həmin müdaxilə nəticəsində təxminən 400 milyon manatadək vəsaitin qaytarılması təmin olunub. Digər vəsaitlərin qaytarılması üzrə banklar tərəfindən iş aparılır”, S.Şərifov bildirib.

Hökumət Beynəlxalq Bankla bağlı problemli kreditlərin ümumi həcmini isə açıqlamır. Ötən il bu məsələ ilə bağlı bir çox iş adamları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Onlardan bəziləri sonradan buraxılsa da, bəziləri həbs edilib.

Bir çox iş adamları da axtarışa verilib. Bu günlər Beynəlxalq Bank qalmaqalı ilə bağlı ötən il həbs edilən iş adamlarından bəziləri buraxılıb. Hazırda Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev də həbsdədir.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (2 iyun)

Almaniya parlamentinin "soyqırım"ı tanıyan qətnaməsinə Bakıdan reaksiyalar
Günün hadisələri Azadlıq Radiosunda (2 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (2 iyun)

Mehriban Əliyevanın təklif etdiyi amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

XS
SM
MD
LG