Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:01

Azərbaycanın birinci ailəsini yenidən korrupsiyada suçlayıblar [video]


Azərbaycanlıların ofşorlarda 48 milyard dolları varmış
Gözlə

No media source currently available

0:00 0:14:42 0:00

Azərbaycanlıların ofşorlarda 48 milyard dolları varmış [A-Live]

Azərbaycanın birinci ailəsini yenidən korrupsiyada suçlayıblar. Bu dəfə Maltada...

Maltada baş nazirə qarşı etiraz aksiyasında çıxış edən Vətəndaş Cəmiyyəti Şəbəkəsinin üzvü Michael Briguglio deyib ki, Malta Avropa Birliyinə qoşulub, Azərbaycana, yaxud Zimbabveyə deyil.

Maltadakı etirazlarda Azərbaycanın adı korrupsiyada, çirkli pulların yuyulmasında hallanır, yerli media bu haqda yazılar dərc edir. Azərbaycan hökuməti Maltada səslənən ittihamlara münasibət bildirməyib.

Buna da bax:​ Keçən il Panama Sənədləri ilə ölkələr silkələndi - nələr dəyişdi?

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Layihəsinin redaktoru Miranda Patrucic deyir ki, Azərbaycanda çirkli pullar adətən nağd vəsaitlər ödəməklə yuyulur:

Miranda Patrucic
Miranda Patrucic

“Biz bunu tez-tez hansısa layihələrin inşası zamanı nağd ödənməsində görürük. Bu vəsaitlərin mənşəyi aydın olmur. Başqa bir yol ofşor şirkətlər vasitəsilə pulun xaricə çıxarılması və ya sərmayə halında yenidən ölkəyə qaytarılmasıdır. Azərbaycan rəsmilərinin korrupsiyaya uğramış nəhəng biznes imperiyaları var”.

Miranda Patrucic uzağa getmir. Bir il öncə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Layihəsinin AzadlıqRadiosu ilə birgə hazırladığı 3 araşdırmanı yada salır.

Buna da bax: Azərbaycan korrupsiyada Cibuti, Sierra Leone, Laos və Hondurasla bir sırada

Ötən il dünya mediasına səs-küy salan Panama Papers hesabatı üzə çıxarıb ki, Azərbaycanın yüksək vəzifəli şəxsləri, eləcə də prezident ailəsi ofşor şirkətlər yaradıb, üstəlik fond da təsis edib. Bu şirkətlər vasitəsi ilə Londonda dəyəri milyonlarla dollarla ölçülən malikanələr alınıb. Mehriban Əliyevanın “hami”lik etdiyi fonda isə AtaHoldinq-in gəlirlərinin toplanması planlaşdırılıb. Sənədlərdən bəlli olur ki, fondda toplanan vəsait prezidentin 3 övladına çatmalı imiş.

Panama Papers hesabatının yayılmasından 1 il ötsə də, yeni gizlinlər üzə çıxmaqda davam edir. Elə Maltada ötən ayın sonlarında başlayan etirazlara ölkənin baş nazirinin ailəsinin ofşorda şirkətlərinin olması səbəb olub.«The Malta Independent» «Azərbaycan-Malta bağlılığının saqası» adlı başqa bir məqaləsində isə yazır ki, prezident qızı Leyla Əliyevanın sahibi olduğu şirkət vasitəsilə nazir, baş nazirin işlər idarəsinin rəhbərinin və həyat yoldaşı Michelle Muscat-ın şirkətlərinə pul köçürülüb.

Buna da bax: Maltadakı etirazlarda Azərbaycanın adı çəkilir

Azərbaycan çirkli pullarla mübarizə aparmaq üçün beynəlxalq sazişlərə qoşulub. Bu sahəyə nəzarət etmək üçün 2009-cu ildə Maliyyə Monitorinqi Xidməti adlı qurum yaradılıb. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, bu qurum yaradılıb, amma fəaliyyəti kağız üzərində qalıb:

“Reallıqda mübarizə yoxdur. Mübarizə yoxdur ona görə ki, buna ehtiyac yoxdur. Çünki Azərbaycanda vəsaitin haradan əldə edilməsi heç kimi maraqlandırmır. Azərbaycan qanunvericiliyində vəzifəli şəxslərin, məmurların gəlirinin və xərclərinin bəyan edilməsi tələbi yoxdur”.

Əkrəm Həsənov, bank məsələləri eksperti
Əkrəm Həsənov, bank məsələləri eksperti

Mərkəzi ofisi Washington-da yerləşən “Global Financial Integrity” təşkilatı dünya ölkələrinin hər birindən qanunsuz yollarla çıxarılan kapitalı hesablayıb. Həmin hesablamaya görə, 2002-2011-ci illərdə hər il Azərbaycandan xaricə, orta hesabla, 1 milyard 700 milyon dollar, bütövlükdə isə 17 milyard dollar pul çıxarılıb.

Buna da bax:​ Bə Vircin adaları?

Azərbaycan müxalifəti iddia edir ki, ölkədən pul çıxaranlar Azərbaycanın yüksək vəzifəli şəxsləri və onların yaxınlarıdır.

Müsavat Partiyası ötən il - Panama Papers Hesabatına daxil olan məqalələrin araşdırılması üçün Baş Prokurorluğa müraciət edib. Amma bu müraciətdən 1 ildən çox vaxt keçsə də prokurorluq Müsavat partiyasına hələ də cavab verməyib.

Azərbaycan prezident Administrasiyası isə araşdırmalara münasibət olaraq bildirilmişdi ki, hər bir vətəndaş kimi Azərbaycan prezidentinin övladları da bizneslə məşğul ola bilər və burada qeyri-qanuni bir hal yoxdur.

Buna da bax: Azərbaycan prezidenti Panama Papers hesabatında...

O ki qaldı İlham Əliyev və onun xanımına, Administrasiya bildirmişdi ki, İlham Əliyev prezident olmazdan öncə uğurlu biznesmen olub.

Dövlət Büdcəsi etibar edilən vəzifəli məmurun təmiz işlədiyinə necə inanmaq olar? Bu sualı isə Bakı sakinlərinə verib, onların fikirlərini öyrənmişik.

Dövlətin pulunu xərcləyənin təmiz işlədiyinə necə inanmaq olar?
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

"Tax Justice Network" qeyri-kommersiya təşkilatı Azərbaycan vətəndaşlarının ofşor zonalarda 48 milyard dollar vəsaitinin olduğunu hesablayıb. Hesabat 1993-cü ildən 2012-ci ilədək olan dövrü əhatə edir.

Buna da bax:​ Təhqiqatçı jurnalistlər Panama sənədlərinə ictimai giriş verdilər

Panama Papers hesabatı və ondan öncə AzadlıqRadiosu-nun, eləcə də digər beynəlxalq jurnalist araşdırmaları təşkilatlarının tədqiqatları üzə çıxarıb ki, ölkədə otel, bank, telekommunikasiya və digər sahələr birinci ailənin inhisarındadır.

XS
SM
MD
LG