Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:55

BMT məruzəçisi Belarusdakı vəziyyətdən danışmaq üçün ‘söz tapmır’


Anais Marin sentyabrın 7-də videobağlantı ilə çıxış edib
Anais Marin sentyabrın 7-də videobağlantı ilə çıxış edib

Marin Lukaşenka hökumətindən saxlananların işgəncələrə məruz qoyulmamasını tələb edib

BMT-nin xüsusi məruzəçisi Anais Marin Belarusda baş verən “dəhşətli repressiyalardan” danışıb və deyib ki, bu ölkənin hakimiyyəti beynəlxalq insan haqları müşahidəçilərinin fəaliyyətini əngəlləməkdə davam edir.

Marin sentyabrın 7-də videobağlantı ilə etdiyi çıxışında bildirib ki, onun bu ölkəyə girişinə qadağan qoyulandan bəri avtoritar Alyaksandr Lukaşenkanın rejimi Vyasna insan haqları təşkilatını hədəfləyib.

Məruzəçi deyib ki, Vyasna qrupunun könüllüləri onun işində həlledici rol oynayırdlar:

"Hazırda Vyasnanı hədəfləyən dəhşətli repressiyalar bizim insan haqları pozuntularını izləməmiz, şahid ifadələri toplamağımız və repressiyalar barədə lazımi hesabatlar hazırlamağımız üçün Cenevrədə gördüyümüz işlərə mənfi təsir göstərir…”

Vyasna qrupunun lideri də daxil təşkilatın azı 10 üzvü iyulun ortalarında təhlükəsizlik qüvvələrinin insan haqları müdafiəçiləri və fəallarının evlərinə reydləri zamanı saxlanıb.

Vyasna qrupu 2020-ci ilin avqust prezident seçkisindən sonra beynəlxalq mediaya ölkədəki vəziyyət barədə son dərəcə əhəmiyyətli məlumatlar verən mənbə idi.

Məruzəçi Lukaşenka rejimindən tələb edir

Alyaksandr Lukaşenkanı 6-cı dəfə qalib elan etmiş seçkidən sonra başlanan kütləvi etirazlar ölkənin polis və təhlükəsizlik qüvvələri tərəfindən amansızlıqla yatırılıb, minlərlə müxalifətçi və fəal qondarma ittihamlarla məhbus edilib və ya ölkədən qaçmağa məcbur olub.

Marin Vyasna liderlərinin saxlanmasını “qanunsuz və siyasi motivli” adlandırıb. O Lukaşenka hökumətindən saxlananların işgəncələrə məruz qoyulmamasını tələb edib:

"Ötən il mən Belarusdakı vəziyyəti fəlakətli adlandımışdım. Mən indiki vəziyyəti ifadə etmək üçün söz tapmıram. Mən vəziyyətin bu qədər pisləşəcəyini təsəvvürümə gətirə bilməzdim”.

Sentyabrın 6-da Belarus müxalifətinin liderləri Maryya KalesnikavaMaksim Znak müvafiq olaraq 11 və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Birləşmiş Ştatlar müxalifətə divan tutulmasının ardınca keçirilmiş bu məhkəməni “rüsvayçılıq” adlandırıb.

XS
SM
MD
LG