Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:27

Bordyuja: Qarabağda atəşkəs üçün 6 dövlət çalışıb...


Rusiyanın S-300 raketdən müdafiə sistemi
Rusiyanın S-300 raketdən müdafiə sistemi

-

MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Yerevanda deyib ki, KTMT üzvü olan dövlətlərin sərhədləri yaxınlığında sabitliyin pozulması, xüsusən də hərbi münaqişə bütün təşkilat üçün təhlükədir.

O qeyd edib ki, təşkilat belə halları gözardı etmir.

Təşkilatın baş katibi xatırladıb ki, KTMT-nin təkcə katibliyi yox, həmçinin altı üzv dövlət və onların hər birinin başçıları da öz siyasi çəkilərindən istifadə edərək hərbi əməliyyatların dayandırılmasına və tərəflərin danışıq masası arxasına qayıtmasına çalışıblar. O, KTMT-nı əsas "kozırı" siyasi təsir olan bir qurum kimi nəzərdən keçirməyə çağırıb.

Bordyuja həmçinin birləşmiş Ermənistan-Rusiya hava hücumundan müdafiə sistemindən də danışıb. Onun sözlərinə görə, sistemin yaradılmasına artıq bir neçə ildir ki, başlanılıb.

"Bu çox mürəkkəb sənəddir, bir neçə razılaşdırma mərhələsindən keçir. Faktik olaraq artıq keçib və indi qanunvericilərin masasının üzərindədir. Qəbul olunacağı təqdirdə qüvvəyə minəcək," deyə o bildirib.

Nikolay Bordyuja deyib ki, Rusiya artıq Belarus və Qazaxıstanla birlikdə vahid hava hücumundan müdafiə sistemi yaradıb.

O əlavə edib ki, gələcəkdə bu ayrı-ayrı sistemlər birləşdirilərək bütün KTMT ərazisini əhatə edən vahid sistemi formalaşdıracaq.

Buna da bax: Rusiya təyyarəsi qəzaya uğradı

Rusiya təyyarəsi qəzaya uğradı
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

XS
SM
MD
LG