Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:05

Britaniya kimyəvi silahdan istifadəyə görə Rusiyaya sanksiyalar qoydu


Rusiya ordusu radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı İqor Kirillov
Rusiya ordusu radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı İqor Kirillov

Britaniya Rusiya ordusu radiasiya, kimyəvi və bioloji müdafiə qoşunları və bu qoşunların komandanı İqor Kirillova sanksiyalar elan edib.

Qeyd olunur ki, Rusiya ordusu özünün rəsmi mətbuat məlumatında Ukrayna müharibəsində xlorpikrin maddəsindən istifadə etdiyini açıq etiraf edib.

Britaniyanın müdafiə naziri Con Hili bildirib:

"Bizim Putinə və onun rejiminə mesajımız dəqiqdir: Siz bunun nəticələri ilə üzləşmədən beynəlxalq hüququ poza bilməzsiniz. Biz yol verə bilmərik ki, kimyəvi silahdan istifadənin qadağanına dair Konvensiya və beynəlxalq normaların pozulması cəzasız qalsın”.

Sanksiya siyahısına habelə Rusiya Müdafiə Nazirliyinin iki laboratoriyası salınıb. Britaniya hakimiyyətinin məlumatına görə bu laboratoriyalar xlorpikrin maddəsinin istehsalında və ondan cəbhədə istifadə olunmasında iştirak edir.

ABŞ Dövlət Departamenti 2024-cü ilin mayında Rusiyanı Ukrayna müharibəsində xlorpikrindən istifadədə ittiham etmişdi.

Departament bildirmişdi ki, gəldiyi nəticələr barədə məlumatı ABŞ Konqresinə və Kimyəvi Silahların Qadağanı Təşkilatına (KSQT) təqdim edəcək.

Xlorpikrin maddəsindən ilk dəfə silah kimi Almaniya I Dünya Müharibəsində istifadə edib.

Hazırda bu maddədən yalnız iğtişaşların dağıdılması zamanı istifadə olunur.

KSQT xlorpikrini qadağan edilmiş döyüş zəhərləri siyahısına daxil edib.

Bundan əvvəl Ukrayna və Rusiya bir-birlərini qadağan olunmuş kimyəvi silahlardan istifadədə ittiham ediblər.

XS
SM
MD
LG