Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:36

Karen Ohancanyan: 'Bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur'


Karen Ohancanyan: 'Bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur'
Gözlə

No media source currently available

0:00 0:06:18 0:00

Karen Ohancanyan: 'Bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur'

Avqustun 31-də Brüsseldə Ermənistan və Azərbaycan liderləri sülh sazişini irəliyə aparmaq üçün predmetli işi sürətləndirməyə razılaşıblar.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel hər iki tərəfdə əhali ilə işləyərək onları uzunmüddətli davamlı sülhə hazırlamağın vacibliyini qeyd edib.

Sülh müqaviləsi nə qədər yaxındır? Tərəflər bu müqaviləni necə görür?

E.Məmmədyarov
E.Məmmədyarov

"Dalana dirəniblər..."

2020-ci ilədək Azərbaycanın Xarici İşlər naziri olmuş Elmar Məmmədyarov bu fikirdədir ki, sülh sazişi daha çox Ermənistana lazımdır: "Onlar dalana dirəniblər, ona görə onlar üçün çox vacib və sərfəlidir ki, yolları açsınlar, pul qazansınlar. Ticarət dövriyyələri artacaq, tranzitə görə pul alacaqlar. Əgər onlar, doğurdan da, tam şəkildə başa düşsələr ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq lazımdır, buna delimitasiya və demarkasiyadan başlamaq lazımdır. Çünki mallar gedəndə, ticarət olanda bunun gömrüyü var, sərhədçiləri var, yoxlamalıdırlar. Əgər delimitasiya və demarkasiya olsa, ondan sonra sülh sazişi bağlamaq problem deyil".

Qorbaçov 1988-ci ildə Ermənistanda Qarabağ haqqında bunları demişdi
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

"Bakı vaxtilə Yerevanın etdiyi səhvi edir"

Azadlıq Radiosuna açıqlamasında Helsinki Vətəndaş Assambleyasının Qarabağ üzrə nümayəndəsi, Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi hissəsində yaşayan Karen Ohancanyan deyib ki, tərəflər arasında sülh müqaviləsi üzərində işləməyin vaxtı çatdığını düşünmür, çünki ortada olan problemlər hələ həllini tapmayıb: "Qarabağ problemi həll olunmayıb və Azərbaycan bu məsələdə beynəlxalq hüquqa məhəl qoymur. Gələcəkdə belə mövqe xalqlarımız arasında gərginliyin artmasına gətirib çıxaracaq. Danışıqlarda partnyorun psixoloji travmasından öz xeyriniz üçün istifadə edə bilməzsiniz. Bu cür münaqişələrin təcrübəsi göstərir ki, bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur. Azərbaycan Ermənistanın və Qarabağın vaxtilə ona münasibətdə buraxdığı səhvləri edir və bu, təkrar edirəm, qisas almağa gətirib çıxarır. Biz imkan verməməliyik ki, xalqlarımız qanlı müharibəyə başlasın. Bunun üçün özümüzdə güc tapmağı bacarmalı, Qarabağdakıların yaşamaq istədiyi prinsiplərə hörmətlə yanaşmalıyıq".

E.Məmmədov
E.Məmmədov

"Bu vədlər erməni tərəfdə əminlik yaratmır"

Avropa Parlamentində məsləhətçi kimi çalışan Eldar Məmmədovun sözlərinə görə, görünən odur ki, hələlik, sülh müqaviləsi ilə bağlı proses gedir, sülh müqaviləsinin tezliklə bağlanması üçünsə həllini gözləyən məqamlar var: "Tərəflərdən biri aydın ifadə edir ki, Qarabağın status məsələsi sülh danışıqlarının müzakirə mövzusu ola bilməz. Erməni tərəfi isə Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində israrlıdır. Amma, digər tərəfdən, onu da görürük ki, Azərbaycan prezidenti Qarabağda yaşayan ermənilərə hər hansı xüsusi statusun veriləcəyini istisna edib və deyib ki, onlar Azərbaycan vətəndaşlarıdır. Amma nə Ermənistan üçün, nə də Qarabağ erməniləri üçün bu, yetərli deyil, bu vədlər erməni tərəfdə əminlik yaratmır. Bu məsələlər öz həllini tapmayınca mən dayanıqlı sülhü görə bilmirəm".

"Ən yaxşısı üçüncü tərəf olmadan..."

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovsa düşünür ki, tərəflər arasında mövcud problemlərin həlli həm də birbaşa, vasitəçi olmadan danışıqların aparılmasından keçir: "Ermənistanla danışıqları ən yaxşısı birbaşa aparmaq lazımdır, heç bir vasitəçi olmadan. Xarici işlər nazirlərinin Tbilisidə görüşü oldu. Mən təklif edərdim ki, onlar və ya onların nümayəndələri Ermənistan-Azərbaycan sərhədində görüşsünlər. Vasitəçi olmadan, birbaşa söhbət edəndə nəsə sübut etmək, başa salmaq və ya təklif etmək olur. Yenə sual verə bilərsiniz ki, Rusiya buna gedəcəkmi? Siyasi baxımdan razılığa gəlsək, bəli, ən yaxşısı üçüncü tərəf olmadan, birbaşa danışıqları aparmaqdır".

Xankəndidə sorğu: 'Rusiyanın quberniyası olmalıyıq'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Avqustun 31-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan sayca dördüncü görüşü olub. Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda, əsasən, Rusiya, 2020-ci il Qarabağ müharibəsindən öncə isə ABŞ, Rusiya və Fransa həmsədrlərindən ibarət ATƏT-in Minsk qrupu vasitəçilik edib.

Xatırlatma

Azərbaycanın 2020-ci ildə 44 günlük müharibə ilə Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etməsindən sonra Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan yerlərə Rusiya hərbçiləri yerləşdirilib.

2020-ci il noyabrın 10-da üçtərəfli atəşkəs razılaşması imzalansa da, hələlik, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişini əldə etmək mümkün olmayıb.

XS
SM
MD
LG