Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:02

Qətllərin Rosqvardiya və kadırovçulara bağlı olduğu deyilir


Buça Rusiya qoşunları gedəndən sonra
Buça Rusiya qoşunları gedəndən sonra

Reuters müəyyənləşdirib ki, Buça və bu şəhərin ətraflarında Çeçenistanın başçısı Ramzan Kadırova bağlı ən azı üç birləşmə olub

Buçada törədilmiş kütləvi qətllərlə bağlı Reuters agentliyinin apardığı araşdırma bu şəhərin Rusiyanın hansı hərbi birləşmələri tərəfindən işğal olunduğunu müəyyən edib.

Bu da qeyd olunur ki, yerli sakinlərin ifadələri və aşkar olunmuş sənədlər Kiyev vilayətində törədilmiş qətllərin Rusiya qvardıyası – Rosqvardiyanın “Vityaz” dəstəsi, 76-cı Pskov paraşüt-desant bölməsi və Çeçenistan hərbçiləri ilə bağlı olduğunu göstərir.

Hesabatda deyilir ki, Ukrayna milli qvardiyasının üzvləri Rusiya hərbçilərinin Buçanın Yablunsk küçəsindəki binada qurduqları qərargahın və sonradan 8 meyitin aşkar olunduğu yerin yaxınlığında Konstantin Korşunova aid şəxsi vəsiqəni tapıblar.

Reuters jurnalistləri Korşunovun 3179 nömrəli hərbi hissəsinin döyüşçüaü olduğunu müəyyənləşdiriblər. Bu hərbi hissə Rusiya qvardiyasının “Vityaz” dəstəsinə daxildir.

"Wolf_68"

Bu da xəbər verilir ki, Buçada yerli sakinlərdən birinin evində Aleksandr Loqvinenkoya göndərilmiş məktub aşkar edilib.

Reuters-in araşdırmasının gəldiyi nəticəyə görə o, Pskovdan gətirilmiş desantçılardan biri olub.

Həmin evə qonşu olan və Rusiya hərbçiləri tərəfindən zəbt olunmuş başqa bir evdə isə divarda aerozol balonu ilə yazılmış "Wolf_68" sözü qalıb.

Jurnalistlər müəyyən ediblər ki, 76-cı qvardiya desant-hücum diviziyasına daxil 234-cü hücum alayının hərbi qulluqçusu Kirill Kryuçkov sosial şəbəkələrdə məhz "Wolf_68" imzası ilə tanınır.

Təhqiqat hesabtında deyilir ki, Buçada çeçen hərbçilərin olmasını isə yerli sakinlərin şahid ifadələrindən başqa, həm də elə həmin hərbçilərin sosial şəbəkələrdə paylaşdıqları foto və videolar təsdiqləyir.

Reuters müəyyənləşdirib ki, Buça və bu şəhərin ətraflarında Çeçenistanın başçısı Ramzan Kadırova bağlı ən azı üç birləşmə olub.

Buça sakini: Oğlumu əvvəlcə boynundan, sonra isə ürəyindən güllələyiblər
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Rusiya bunları dansa da

Aprelin əvvəllərində Rusiya qoşunları Buçadan getdikdən sonra Ukrayna hakimiyyəti və jurnalistlər küçələrdə çox sayda səpələnib qalmış meyitlərin və onlarca kütləvi məzarlıqların olması barədə məlumat veriblər.

Meyitlərin arasında qolları arxalarında bağlanmış vəzityyətdə edamsayağı öldürülmüş şəxslər də vardı.

Bu şəxslərin Buçanın Rusiya tərəfindən işğalı zamanı öldürüldükləri müəyyənləşdirilib.

Ukrayna hökuməti və Qərb rəsmiləri Rusiya hərbçilərini hərbi cinayətlərdə ittiham edirlər.

Mediada Buçada baş vermiş qətliam barədə yazılarda tez-tez “soyqırım” sözü işlədilir.

Rusiya Müdafiə Nazirliyi Buçada çəkilmiş foto və videoları saxta adlandırıb və bildirib ki, bütün bunlar “Kiyevin xarici medialar üçün quraşdırdığı səhnədir”.

Aprelin 28-də Ukraynanın Baş Prokurorluğu vətəndaşlara işgəncələr verməkdə və soyğuçuluqda şübhəli bilinən 10 Rusiya əsgərinin adlarını açıqlayıb.

XS
SM
MD
LG