Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:30

Chris Smith-dən ittihamlara cavab


Chris Smith
Chris Smith

-

«Azərbaycan Demokratiya Aktı»nın məqsədi cinayət törətməyən insanları həbsdən azad etdirməkdir. Bunun ermənilərlə heç bir əlaqəsi yoxdur. Sənəddə Azərbaycanda insan haqlarından danışılır».

Bu sözləri ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri, «Azərbaycan Demokratiya Aktı» adlı qanun layihəsinin müəllifi Chris Smith fevralın 11-də komissiyanın iclasında söyləyib.

Azərbaycana sanksiyaların tətbiqini ifadə edən «Azərbaycan Demokratiya Aktı» qanun layihəsi ötən ilin sonunda irəli sürülüb. Rəsmi Bakı qanun layihəsini «erməniyönlü» adlandıraraq Ch.Smith-in 1915-ci il «erməni soyqırımı»nın tanınmasının lehinə çıxış etdiyini bəyan etmişdi.

ABŞ-DA JURNALİST BUNA GÖRƏ MÜKAFAT ALARDI...

«Turan»ın xəbərinə görə, Ch.Smith deyib: «Xədicə İsmayılova kimi jurnalistlər də daxil olmaqla, bir çox insan öz araşdırmalarına görə həbs olunanda, biz «Azərbaycan Demokratiya Aktı» kimi sənədləri qəbul edirik. Ölkə parlamenti və Əliyev hökumətinin buna reaksiyası düşüncəsizliyin təzahürüdür. Çünki onlar tamamilə həqiqətəuyğun olmayan fikirlər söylədilər. Əsasən bildirdilər ki, bu Aktı ermənilər mənə sifariş ediblər».

Ch.Smith deyib ki, ermənilərin bu sənədə heç bir aidiyyəti yoxdur. Bu qanun layihəsinin hazırlanmasından onların xəbəri olmayıb:

«Odur ki, parlamentdə (Azərbaycan), hökumətyönlü KİV və prezidentin mətbuat katibinin bu cür şeylər danışdığını eşidəndə düşünürəm ki, görəsən, başqa məsələlərdən nə qədər məlumatlıdırlar?».

Cənab Smith sonra da deyib: «Burada jurnalist korrupsiya haqda və ya bu kimi başqa bir araşdırma aparanda mükafat alır, Azərbaycanda isə onları həbs edirlər. Bu qanun layihəsində məqsəd Azərbaycanda islahatlara təkan vermək, cinayət törətməyən insanları həbsdən azad etdirməkdir» .

XS
SM
MD
LG